Salyanda 5 nəfəri aldadıb 6250 manat aldılar

Salyanda 5 nəfəri aldadıb 6250 manat aldılar
 

Salyanda dələduzluqla məşğul olan şəxs tutulub.

 

Paralel.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may ayından sentyabr ayınadək olan müddətdə 5 nəfəri aldadıb (sürücülük vəsiqəsi və sosial yardım düzəldəcəyi adı ilə) onlardan ümumilikdə 6250 manat almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Zeynalov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

0.038926124572754