DYP məsələyə aydınlıq gətirdi

DYP məsələyə aydınlıq gətirdi
 

Paralel.az xəbər verir ki, DİN Baş DYP İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev, 14:19 26-08-2021 tarixində Zeynalov İlham Piri oğlunun şikayəti əsasında dərc olunan yazıdakı məsələyə münasibət bildirib. 

Polis polkovnik-leytenantın sözlərinə görə, “Mitsubishi” markalı, 90-VE-867 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması zamanı inzibati xəta törədilməsinə görə Zeynalov İlham Piri oğlunun barəsində EQ 7573534 nömrəli elektron qərar tərtib edilməsi barədə 26.08.2021-ci il tarixdə ona SMS məlumat göndərilib.

Lakin araşdırma zamanı onun tərəfindən qayda pozuntusuna yol verilmədiyi məlum olub. Belə ki, “VAZ 21214” markalı, 90-VE-667 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən törədilən inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitə ilə qeydə alınarkən avtomobilin dövlət qeydiyyat nişanının son üç rəqəmi “667” əvəzinə “867” kimi göstərilib. Araşdırma nəticəsində texniki səhv aradan qaldırılıb və inzibati xəta törətməyən vətəndaşın barəsində çıxarılmış elektron qərar ləğv edilib.

Qeyd edək ki,  14:19 26-08-2021 tarixində sözügedən məsələ ilə bağlı saytımızda yazı dərc olunmuşdu. Yazı ilə  aşağıdakı linkdə tanış ola bilərsiz.

 https://paralel.az/az/article/270253 

Şahnaz Salehqızı

0.033422946929932