SOCAR neft ehtiyatlarını açıqladı

SOCAR neft ehtiyatlarını açıqladı
 

Paralel.az xəbər verir ki, 2021-ci il yanvar ayının 1-nə qədər  SOCAR-ın Azərbaycanda təsdiq edilmiş neft ehtiyatlarının həcmi açıqlanıb.

Dövlət Neft Şirkətinin (SOCAR) “Davamlı İnkişaf Hesabatı - 2020”dən əldə etdiyi məlumata əsasən, şirkətin ümumi təsdiq edilmiş neft ehtiyatlarının həcmi 112 350 000 ton olub. Bu, 2020-ci ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə (illik müqayisə) 6,5 faiz azdır. 
SOCAR-ın müvafiq dövrdə təsdiq edilmiş, işlənmiş və istehsala daxil edilən neft ehtiyatlarının həcmi 61 311 000 ton (illik müqayisədə 8,7 faiz az), təsdiq edilmiş, işlənmiş və istehsala daxil edilməyən neft ehtiyatlarının həcmi 6 755 000 ton (illik müqayisədə 1,9 faiz az), təsdiq edilmiş və işlənmiş neft ehtiyatlarının həcmi 68 066 000 ton (illik müqayisədə 8 faiz az), təsdiq edilmiş və işlənməmiş neft ehtiyatlarının həcmi 44 284 000 ton (illik müqayisədə 4,1 faiz az) olub.

 

Züleyxa

0.022594928741455