Miqrantlar Bakıda etiraz aksiyası keçirib

Miqrantlar Bakıda etiraz aksiyası keçirib
 

 Paralel.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, bu gün 40 nəfər miqrant icazəsiz aksiya keçirməyə cəhd edib.

Onlar Bakının mərkəzində, "Qış bulvarı" parkında toplaşaraq, Birləşmiş Millətlər Təşkilatının Qaçıqnlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyindən onlara diqqəti artırmağı tələb ediblər.

Ehsan Zahidov: “Aksiyada iştirak edənlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər. Aksiya icazəsiz olduğu üçün polislər həmin şəxslərlə profilaktik söhbət aparıb. Daha sonra aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb,”.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi ölkə ərazisində Əfqanıstandan 1226 qaçqının olduğunu bildirib. Onların statusu yoxdur, lakin səhiyyə, təhsil və çalışmaq imkanları var.

Qeyd edək ki, əfqan miqrantları Azərbaycana son hadisələrlə bağlı yox, əvvəlki illərdə gəlib. Onların bir çoxunun Avropaya getmək üçün Azərbaycan ərazisindən istifadə etdiyi bildirilir.

Şahnaz Salehqızı

0.016207933425903