Öz vaksinimiz olacaq

Öz vaksinimiz olacaq
 
Paralel.az xəbər verir ki, Azərbaycan Səhiyyə nazirliyinin yaydığı məlumata görə, ölkəmizdə artıq korona virusun 3-cü dalğası başlayıb.
Səhiyyə nazirinin 1-ci müavini Teymur Musayev isə bildirib ki, ölkəmizdə yetərincə peyvənd dozası var və əhalinin narahatlığına heç bir əsas yoxdur. Nazir müavini həmçinin qeyd edib ki, indiyə qədər ölkəmiz bir neçə dövlətə də yüz minlərlə peyvənd pay verib.
Bu arada, TƏBİB-in rəhbəri Ramin Bayramlı süni aparata qoşulanların 97 faizi  vaksin olunmayan vətəndaşlar olduğunu bildirərək, qeyd edib ki, artıq ilk dəfədir ki, ölkəmizdə də peyvəndin hazırlanması üçün tədqiqatlara başlanılıb.
Gözün aydın millət! Bu bəladan qurtulmağımıza az qalıb. Yəqin ki, öz peyvəndimiz «kitayski»dən daha effektli olar.
 
Yusif Seyid
0.019393920898438