Səyyar peyvəndlənmə
 

Səyyar peyvəndlənmə 
 
Korona virusun yayılma tempinin artması, buna qarşı mübarizə aparan qurumlari da,  yeni yollar axtarıb tapmağa vadar edir. Ölkəmizin müxtəlif bölgələrindən aldığım məlumatlara görə , artıq bu bölgələrdə evlərindən çıxmaq imkanları olmayan insanların səyyar yolla peyvənd olunmalarına başlanılıb.
Bu işi xüsusi yaradılan səyyar həkim briqadaları həyata keçirir.
Paralel.az xəbər verir ki, hazırda bu proses Zaqatala, Balakən bölgələrində daha geniş vüsət alıb. Bu da, Rusiyadan və başqa yerlərdən bölgəyə gələn turistlərin və qonaqların sayının artmasıyla bağlıdır. Artıq hamı yoluxmaq və yoluxdurmaq İstəmir. Ölkəmizdə peyvənd olunanların sayının artması da, məhz bu amillə bağlıdır. 
 
Yusif Seyid
0.027954816818237