Abşeronda peyvənd «qırğını»

Abşeronda peyvənd «qırğını»
 
Peyvənd olunmaq barədə qərardan sonra keçən müddət ərzində durğunluq yaşanan, Abşeron rayonunun tibb müəssisələrində , bu gün səhərdən əməlli-başlı «qırğın»dır.
İnsanlar peyvənd olunmaq  üçün uzun-uzadı növbələrdə dururlar.
Paralel.az xəbər verir ki, yeni istifadəyə verilən Abşeron Mərkəzi Xəstəxanasında, Xırdalan poliklinikasında, Masazır Tibb Məntəqəsində iynə atsan yerə düşməz. Bütün rayon əhalisi elə bil buraya yığılıb. Vətəndaşlardan aldığımız məlumata görə, buna səbəb, sentyabr ayının 1-dən peyvənd olunmayanların  küçəyə buraxılmayacaqları barədə şayiələrdir.
Rəsmi qurumların isə bu barədə heç bir qərarı yoxdur. Əksinə, belə «qırğın»lar virusun daha çox yayılmasına səbəb olur.

Yusif Seyid
0.018846988677979