Avtomobil qəzası olub

Avtomobil qəzası olub
 

Paralel.az xəbər verir ki, Kürdəmir rayonunda avtomobil qəzası baş verib, xəsarət alan var.

Rayonun Atakişili kəndindən keçən hissəsində hərəkətdə olan “Mercedes” markalı avtomaşınla VAZ-2107 markalı avtomaşın toqquşub. Nəticədə VAZ-2107-nin sürücüsü 27 yaşlı Abdullayev İmran Qəşəm oğlu müxtəlif dərəcəli bədən xəsarəti alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı həkim nəzarətinə götürülüb.

Şahnaz

0.013611078262329