Azər Maqsudov:“Dərman zəhərlənməsi ilə müraciət edən xəstələrin 70 faizi qadın, 30 faizi isə kişi olub”
Paralel.az xəbər verir ki, Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudovun açıqlamasına görə avqust ayında 14 nəfər dərman zəhərlənməsi ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edib.
"Onlar həkim təyinatı ilə edilən dərmanları içiblər, amma belə xoşagəlməyən vəziyyət əmələ gəlib. Dərman zəhərlənməsi ilə müraciət edən xəstələrin 70 faizi qadın, 30 faizi isə kişi olub. Bu ay isə cəmi 8 nəfər allergik reaksiya ilə gəlib. Həmin şəxslər də həkim təyinatı ilə olan dərmanları içiblər, amma bədən həssaslığı nəticəsində belə reaksiya olub.
Şahnaz Salehqızı