Məlahət Abbasova: "İlahi ədalətə inanıram"
Əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasova xalq artisti Səfurə İbrahimovanı xatırlayaraq yazıb: "Bu gün tam 8 ay oldu.... hirsin, tamahkarlığın, acgözlüyün, vicdansızlığın qurbanı. Mərhəmətin, insanlığın öldüyü anın qurbanı... Sənə ele bir ölümü, urvatsız, baxımsız, acılar içində, iç qanamalar içində səsini heç kimə duyuramadığın, səssiz-səssiz ölümə tərk edildiyin ölümü hələ də yaraşdıra bilmədim. Mənim yalnız doğan və yalnız ölümə məhkum edilənim. O qədər kaşkilərim var ki... Son görüntünü, səsini əsla unutmayacam.. Butun planlarımız yarımçıq qaldı... İstanbula gələ bilmədin... Oysa mənə soz vermişdin.... Ədalətimizə və İLAHİ ədalətə inanıram...".