Mirmahmud Ağa:"Azadlıq sevdasını daşıyanlara Savalan ziyarəti qismət olsun"

Mirmahmud Ağa:
 

Mirmahmud Mirəlioğlu yazır: "Son görüşün 20 ili tamam oldu... Hüzurunuza gəldik. Ürəkdə SİZ, dildə SİZ, əməldə - RƏSULZADƏ ELÇİBƏY YOLU!
Hər zaman bizimlə oldunuz... Biz SİZİNLƏ ola bilərikmi? Çətin.. Axı seçki var, vəzifə var, mandat var, isti var, soyuq var, daha nələr var..
Bir də təkrar- təkrar söylədiyiniz: " HƏR ŞEYİN ZAMANA EHTİYACI VAR" .
Zaman hər şeyi yerbəyer etdi. SİZ deyən kimi..
Dəyişmələr çox oldu... Qəlb dəyişdi, siyasi mövqe dəyişdi, adamlıq dəyişdi, ölkə dəyişdi, talelər dəyişdi, milli mənsubiyyət dəyişdi, şüarlar dəyişdi... 20 ildə 40 dəfə dəyişənlər oldu...Dəyişənlər içərisində, dünyasını dəyişənlər də çox oldu...
Amma və lakin ... bütün bu dəyişikliklər içərisində hamı yenə SİZDƏN danışır...
Gün gələcək, bütün danışanlar susacaq... Yeni danışanlar da, yenə SİZDƏN danışacaqlar ...( bu yerdə mətbuat katibiniz Ədalət bəy Tahirzadə zəng etdi...)
Sizdən icazəsiz, doğum gününüzü 24 İYUNu - TÜRKLÜK GÜNÜ qərarlaşdırdıq...
SİZ deyirdinuz:
" BİR GÜN GƏLƏCƏK , BÜTÜN YOLLAR DAĞLAR SULTANI, DAĞLAR ŞAHƏNŞAHI, DAĞLAR PİRİ SAVALANA GEDƏCƏK!
BİR GÜN GƏLƏCƏK, SAVALAN MİLYON - MİLYON İNSANIN ZİYARƏT MƏBƏDİ, AND YERİ, İNANC QAYNAĞI OLACAQDIR!
AZADLIQ SEVDASINI DAŞIYANLARA SAVALAN ZİYARƏTİ QİSMƏT OLSUN!
TANRI YAR OLSUN!"
Biz bu deyimi əsas tutaraq, SİZİN HAQQA getdiyiniz GÜNü - 22 Avqustu - SAVALAN ZİYARƏTİ GÜNÜ qərarlaşdırdıq.
SİZSİZ olmaq, ədalətsiz olmaqdır, haqqı umutmaqdır...
" SEVGİM - MİLLƏTƏ!
VURĞUNLUĞUM - AZADLIĞA VƏ ƏDALƏTƏ!
İTAƏTİM - MÜƏLLİMLƏRIMƏ!
BORCUM - DOSTLARIMA VƏ MƏSLƏKDAŞLARIMA!
NİFTƏTİM - YALANÇILARA VƏ SİMASIZLARA!"
dediniz...
Millət, Azadlığa və Ədalətə həsrət, müəllimlər seçki komissiyalarına itaətdə,.dostlar və məsləkdaşları zamanın dəyirmanı üyütdü, yalanşılar və simasızlar iş başında...
Yenə SİZƏ ehtiyacımız var.
RUHUN DUAÇIMIZ OLSUN, ƏBÜLFƏZ BƏY!!!."

Paralel.az

 

0.017263889312744