Dos. İlham Əhmədov: "Rus dili bəlkə də yeganə dildir ki, bu dildə sülh sözü yoxdur"
İlham Əhmədov yazır: "Rus dili bəlkə də yeganə dildir ki, bu dildə "sülh" sözü yoxdur, bu məqsədlə onlar dünya sözündən (mir) istifadə edirlər. Demək istəyirlər ki, məqsədimiz dünyanı zəbt etməkdir, bundan sonra sülh haqqında düşünə bilərik.
Məhşur " russkiye xotyat mir" ifadəsi də "ruslar sülh istəyir" mənasıında yox, "ruslar dünyanı istəyir" mənasındadır. "Mirotvorets" sülhməramlı yox, özlərinə dünya yaradanlar deməkdir. "Mirolyubimıy" sülhsevər yox, dünyasevər, dünyaya bağlı, gözü doymayan, görməmiş mənasındadır.
Amma çox yaxşı olardı ki, onlar əvvəlcə normal dövlət qurmaq haqqında düşünərdilər. Özlərinə sivil, demokratik, hüquqi dövlət quraydılar, xalqların türməsi olan imperiyalarında camaata iş, azadlıq hüquq və ruzi verərdilər. Sonra da sülh sözünü yaradar, dünya ilə sülh və əminamanlıqda yaşamağa öyrənərdilər. Bundan rus xalqı və qonşu dövlətlər daha çox qazanardı."
Paralel.az