Keçi monastırı
İlhami Cəfərsoy: "Keçi monastırı - İveriyanın qədim monastırlarından biri. Xristianlıqdan əvvəl orada Keçi məbədi var idi. Müqəddəs Ninanın tələbilə məbədi söküb yerində kilsə tikdilər. Totemi keçi olan qəbilə uzun zaman onlara müqavimət göstərdi. Ancaq sonda xristianlığı qəbul etməyə məcbur oldu. Düşmənlərdən qorunmaq üçün sıldırım qayanın başında özlərinə sığnaq tikdilər. İstər-istıməz düşünürsən. İnsan nə üçün bu qədər yırtıcıdır? Heç bir heyvanın bir-birinə eyləmədiyi zülmü insan insana edir. Bəşəriyyətin ölümlə qalım arasında çırpındığı bir zamanda peyğəmbərlər zühur edirdi. İnsanları elliklə ölümdən xilas edirdi. Zəmanəmizdə elə bir siyasətçi tapılacaqmı həmkarlarına desin ki, silahlara xərclədiyimiz pulların yarısını ekosistemin qorunmasına ayırsaq, dünya başdan-başa cənnətə dönər."
Paralel.az Şahnaz Salehqızı