İliyinə və sümüyünə qədər erməni olanlar...
İlhami Cəfərsoy yazır: "Karen Şaxnazarov deyir ki, mənim ulu babam Məlik Hüseyn Şahnəzərli müsəlman idi. Ancaq mən iliyimə və sümüyümə qədər erməniyəm.
Ruslar Qafqazı tutandan sonra yüzlərlə müsəlman nəslinə xristian dinini qəbul etdirdilər. Onların çoxu nəticədə erməniləşdi və gürcüləşdi.
İndi həmin siyasət Azərbaycanda yeni formada davam edir. Çar generalları babalarımızı müsəlman olduqlarına görə Sibirə göndərirdisə, hibridgenli məmurlar balalarımızı bir tikə çörək üçün uzaq ölkələrdə iş axtarmağa məcbur edirlər.

Mənim şəxsən tanıdığım bircə nəfər erməni əsilli adam işsiz deyildir. Hibridgenli ailələr artdıqca rus məktəblərinin də sayı artacaqdır. Nəticədə iliyinə və sümüyünə qədər erməni olan nəsil çoxalacaqdır. Bunu anlamaq üçün falabaxan olmağa gərək yoxdur. Azacıq düşünsən millətin assimilyasiyasını, tədricən özündən uzaqlaşmasını aydın görərsən."
Paralel.az