Yük avtomobili aşıb

Yük avtomobili aşıb
 

Paralel.az xəbər verir ki, Cəlilabad rayonunda yol qəzası olub.

Hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Ford tranzit” markalı yük avtomobili yolun kənarına yuvarlanıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.

0.011721134185791