Qanunsuz tikintilər nə vaxta qədər davam edəcək?
Bu gün ölkə ərazisində Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin normativ sənədlərin tələblərinə uyğun olmayan minlərlə müxtəlif təyinatlı tikili var,və bu tikililər bu gündə davam edir.
Dövlət komitəsinin qanunla təyin edilmiş normativ tələbləri isə milli və tarixi irsin, şəhərsalma, memarlıq abidələrinin, təbii-mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanılması, mühafizəsi və zənginləşdirilməsi məqsədi daşıyır. Yəni uzun sözün qısası,ölkədə daş üstə daş qoyulanda öncə bu dövlət qrumunun normativ tələblərinə əməl edilməli və tikinti işləri yalnız bu qrumun icazəsi ilə həyata keçirilməlidir.
Qanunları pozan şəxslər barəsində tədbir görmək üçün isə onların yeteri qədər təsir vasitələri və imkanları var.Amma bu gün hökm sürən mövcud vəziyyətə nəzər salanda Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura komitəsinin mövcudluğuna belə inanmaq olmur.
Əks halda bu qədər sayda qanunsuz tikili olmazdı.Hazırladığımız video reportajdakı tikililərin hər biri qanunsuz olaraq inşa olunub.Amma bu o demək deyilki Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura komitəsinin bundan xəbəri yoxdur. Çünki qeyd etdiyimiz tikililərin hər birinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışı var.Bu da o anlama gəlirki tikililər həm icra hakimiyyəti həmdə bu iki dövlət qrumu tərəfindən “razılaşdırılıb”
Qeyd: Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura komitəsi müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olmasını nəzərə alınmaqla, onların inkişaf istiqamətlərini və memarlıq-planlaşdırma strukturlarını müəyyən etməli və yeni inşa olunan obyektlərdə estetik gözəlliyi, müasirliyi, milli memarlıq üslubunu təmin etməlidir.
Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura komitəsi həm dövlət həmdə fiziki şəxslər tərəfindən inşa olunan bütün növ tikililərin aparılmasına bir başa nəzarət etməli olan bir qrumdur.Amma bu gün həm şəhər həmdə rayonlarda milli memarlıq üslubuna və estetik gözəlliyə uyğun olmayan xeyli sayda tikililər aparılır.Bu hələ problemin ən yumuşaq və gözardı hissəsidir.Xaçmazda Bakı Şollar su kəmərinin mühafizə hissəsinə aid olan əksər ərazilərdə evlər və iaşə obyektləri tikilib.
Hətta bəzi hissələrdə kəmər tikilən binaların özül hissəsinin altında qalıb.Bu faktın səbəb ola biləcəyi fəlakətləri düşünmək çətin deyil yəqinki…Yüksək gərginlikli kamunikasiya xətlərinin də mühafizə zolağı mövcuddur.O xətlərin altında pərakəndə formada inşa olunan evləri və obyektləri yəqin görmüsünüz hər biriniz.Həmin xətlər dövlət əhəmiyyətli strateji əhəmiyyət kəsb edir.Maraqlıdır, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura komitəsi o tikililərə necə müsbət rəy verib?
Hətta ölkə başçısı İlham Əliyev 2012-ci ildə Xaçmaz rayonuna səfəri zamanı şəhərin N.Nərimanov prospektində yerləşən ulu öndər H.Əliyevin abidəsini ziyarət edən zaman abidənin yaxınlığında yerləşən bir neçə qanunsuz tikili barəsində icra başçısına irad bildirmişdi.
Həmin tikililərin qanunsuz inşa edilməsinə göz yumub müsbət rəy verən qrumlardan biri də Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura komitəsi idi…Amma bu gündə heçnə dəyişmiyib cənablar.O qanunsuz tikililərin sayı günü gündən artmaqda davam edir.
Ardı var…
P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.