Ekspert xəbərdarlıq etdi
“Heç kimi qorxutmaq və vəziyyəti dramatikləşdirmək niyyətində deyiləm. Müşahidələrim və qarşılaşdığım hadisələr göstərir ki, virusun hazırkı forması sürətlə yayılır və ölümü də cavanlaşdırır”.
Paralel.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubadd İbadoğlu deyib.
"Bu günlərdə qohumlarım, tanışlarım arasında xəstəxanada yatanlar, həyatını itirənlər olub. Mən nəinki tanıdıqlarımın, həm də xalqımın başından bir tük də əskik olmasını arzulamaram. Amma, gəlin gerçəkliyi nəzərə alaq, yenə də əlini yelləyib, boş şeydir deyənlərə fikir verməyək.
Əvvala, qapalı yerlərdə maskasız olmayaq, növbələrdə məsafə saxlayaq.
İkincisi, görüşləri, qonaq getmələri, evdə tədbirləri təxirə salaq.
Üçüncüsü, xəstəliyimizi gizətməyək, özünü təcridə keçək, xəstə olanda çölə çıxıb, ictimai yerlərdə gəzməyəcək.
Nəhayət, peyvənd olunaq. Tədqiqatlar göstərir ki, peyvənd olanlar arasında virusa yoluxanlar azdır, peyvənd olub, virusa yoluxanlar xəstəliyi yüngül keçirir və onlar arasında ölüm göstəriciləri aşağıdır.
Lütfən, özümüzü və ailəmizi, cəmiyyətimizi və dövlətimizi qoruyaq. Hazırkı situasiyada yeganə ricam budur.
Allah sizi saxlasın, Azərbaycanımızı qorusun!”.
Şahnaz