Məhkum olduğu iddia edilən Rauf Əhmədov "Azərişıq" ASC sədr müavini Ramil Yusifovun himayəsilə revanşa hazırlaşır - iddia...
"Azərişıq ASC"-nin Enerji Satış Departamentinin direktor müavini Rauf Əhmədovun məhkum olduğu barədə iddia yayılıb.
Bu barədə "Demokratik.Az"-ın əldə etdiyi bilgiyə görə, hazırda "Azərişıq ASC"-də Enerji Satış Departamentinin direktoru Elçin Dadaşovun müavini vəzifəsini icra edən Rauf Əhmədov əvvəllər xuliqanlıq maddəsi ilə həbs olunub. Lakin onun bu faktı tərcümeyi-halında gizlətdiyi iddia olunur.
Əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, işdə özünü normal işçi kimi apara bilməyən Rauf Əhmədov kollektivdə kriminal şöxs kimi tanınır.
Kollektivdə mənfi xarakterə malik şəxs kimi tanınmasına baxmayaraq, keçmişi qaranlıq və kriminal birinin "Azərişıq" ASC kimi mötəbər dövlət şirkətində yüksək vəzifə tutması yeni, daha ağır cinayətlərə yol açır.
Son illər ölkənin enerji sektorunda yüksək inkişafa nail olunması ilə uzlaşmayan, barəsində məhkum olması ilə bağlı şayiə gəzən Rauf Əhmədovun ASC-nin idarəçiliyində yüksək vəzifədə işləməsinə və əl-qol açmasına xüsusi şəraitin yaradılması təəssüf doğurur.
Aldığımız digər bilgiyə görə, hətta adıçəkilən bu şəxs tezliklə "Azərenerji ASC"-nin onurğa sütunu olan Nəzarət Departamentinə rəhbərlik etmək üçün növbəti revanşa hazırlaşır.
İki il azadlığı məhdudlaşdırılan Rauf Əhmədovun Azərişıq ASC-nin sədr müavini Ramil Yusifov tərəfindən himayə edildiyi bildirilir.
Keçmiş məhkumun sözügedən vəzifələrə məhz Ramil Yusifov tərəfindən irəli çəkildiyi və Rauf Əhmədovun ASC-də kar islahatları ilə də məşğul olduğu aldığımız bilgilər sırasındadır.
Təsadüfə oxşamır ki, adıçəkilən "cütlük" 13 ildən çoxdur ki, bir yerdə çalışırlar və bütün maxinasiya işlərini öz əllərində cəmləyərək kütləvi narazılıqlar yarada biliblər.
Rauf Əhmədovun məhkumluğunun olması və digər oyunbazlıqları görünür ASC rəhbərliyindən gizlədilməkdədir.
(mövzu diqqətimizdədir)
Demokratik.Az