Səkiyə çətir olan ağaca “yiyə” duran yoxdur
Paralel.az xəbər verir ki, Paytaxtın Nizami rayonu, Nəsimi-42 ünvanında yaşayan sakinlər bizə müraciət ediblər. Onlar yaşadıqları ərazidə çoxillik ağacın yolu bağladığını söyləyiblər. Şikayətçilər deyir ki, həmin ağacın budaqları tamamilə əyilərək düz səkinin üstünə düşsə də, iki həftədən keçən müddətdə onu “görən” yoxdur. Sakinlər deyir ki, səkidən keçmək istəyən azyaşlı uşaq, yaşlı insan üçün narahatlıq yaradan bu problemin hər gün həll ediləcəyini gözləsələr də, əlaqədar qurumlar bu qollu-budaqlı ağacı görməzdən gəlirlər. Sakinlər üzləşdikləri problemin media vasitəsiylə diqqətə çatdırılmasını xahiş edirlər.
Nigar