Səttar Mehbalıyev sanatoriyaları özəlləşdirib?

Səttar Mehbalıyev sanatoriyaları özəlləşdirib?
 

Yay mövsümündə sanatoriyalara öz qohum - əqrabasını göndərir

 Xeyli vaxtdır jurnalist araşdırması aparırıq. Məqsədimiz yay mövsümündə azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan sanatoriyalarda vəziyyətlə maraqlandıq. 

“Bilgəh”, “Günəşli”, “Abşeron”, “Qaranquş” sanatoriyalarında olduq. Vəziyyət çox acınacaqlıdır. COVİD-19 pandemiyası hər yerdə olduğu kimi sanatoriyalara da böhran yaradıb. Amma AHİK sədri Səttar Mehbalıyevin “imperiyası”nda sədrin şəxsi qazanc və asan gəlirləri öz yerindədir.

Sanatoriyalardakı durumla bağlı bəzi adlarını çəkmək istəmədiyimiz işçilərdən öyrəndik ki, sanatoriya yollayışlarını yay aylarında rüşvətsiz əldə etmək mümkün deyil.

 Sanatoriyalarda çalışan tibbi xidmət personalı və sıravi xidmət heyətinə daxil olan adamların əməyi Səttar Mehbalıyevin dağıdıcı qohumlardan və yerlilərdən ibarət olan komandası tərəfindən mənimsənildiyinə görə, bütün işçilər dolanışacağını müalicə alan ağır vəziyyətdə olan xəstələrdən aldıqları rüşvətlə təmin edirlər.

Səttar Mehbalıyevi milyonerə çevirmiş asan qazanc mənbələri çoxdur.

Sədrin və komandasının böyük qazanc mənbələrindən biri də sanatoriyaların təmirinə, yenidən qurulmasına və avadanlıqlarla təmin olunmasına sərf olunmalı yüz milyonlarla pulun 70-80 faizini mal və materialların qiymətlərini 10-15 dəfə yüksəltməklə saxtalaşdırıb mənimsəməsidir. Əgər son 10 ildə bu istiqamətdə görülmüş təmir-tikinti və inventarların, avadanlıqların alınmasına ayrılmış milyonların mənimsənilməsini müəyyən etmək istəyən istənilən dövlət orqanının, mal və avadanlıqların alqı-satqısı ilə məşğul olmaq məqəsədilə keçirilmiş tenderlərdə qalib gəlmiş şirkətlərin sənədlərinə gözucu baxmaq kifayətdir.

İşin içində olan şəxsin verdiyi məlumata görə, yay mövsümü başlayandan bütün sanatoriya yollayışlarını əlində cəmləşdirən Səttar Mehbalıyev həmişə olduğu kimi, bu ildə “Bilgəh”, “Günəşli”, “Abşeron”, “Qaranquş”, sanatoriyalarını və Naftalan və Nabrandakı istirahət pansionatlarını öz qohumlarının, dostlarının, yerlilərinin sərəncamına verib...

Maraqlıdır ki, dövlətin içində AHİK adında “dövlət” quran Səttar Mehbalıyev bütün cinayət hərəkətlərilə xalqı dövlətdən narazı salmaqda davam edir. Təşkilat başdan ayağa rüşvətin və korrupsiyanın içində üzür. Bütün RT sədrləri seçkilə seçilmir, rüşvətlə təyin olunur. Bu da həmkarlar təşkilat üzvlərinin və xalqın ən çox narazılığını artırır və dövlətə qarşı çevirir. Səttar Mehbalıyevin həmkarlar təşkilatlarında yaratdığı və hazırda da hökm sürən cinayət mühiti xalqın dövlətə etdiyi etibara sağalmaz yaralar vurur...

 Yusif

0.049652814865112