Pul hərisliyi, yoxsa ehtiyac
Paralel.az xəbər verir ki. Azərbaycan sözün bütün mənalarında çox qəribə ölkədir. Məsələn, kimisə rüşvət almaq faktına görə, vəzifəsindən bayıra atır, həbs edirlər. Onun yerinə təyin olunan, əvvəlkindən daha çox alır. Ölkəmizdə cövlan edən korona virus pandemiyasının qarşısını almaq üçün keçirilən vaksinasiya konpaniyasından keçən dövr ərzində ən azından 30-40 səhiyyə işçisi pul müqabilində vətəndaşlara COVİD-19 pasportu verdiklərinə görə, barələrində cinayət işi açılıb. Amma bu kimi hallar, bu gün də davam edir. Maraqlıdır, səhiyyə işçilərini (30-50 manata görə) bu təhlükəli addımı atmağa vadar edən nədir, pul hərisliyi, yoxsa ehtiyac?
Yusif Seyid