Ermənistan ehtiyatda olan hərbçiləri təlimlərə cəlb edir
Ermənistan ordusunun şəxsi heyəti şərti düşmənin təcavüzünü dəf etmək, komandanlıq məntəqələrini və atəş nöqtələrini məhv etmək üçün hərəkətlər edir. Paralel.az xəbər verir ki, manevrlər və taktiki təlimlər Ermənistan Silahlı Qüvvələrinin bir sıra birləşmələrində cümə günündən başlayıb. Xəbərə görə, 3-cü Ordu Korpusunda hərbi qulluqçuların funksional vəzifələrini və peşə biliklərini artırmaq məqsədilə təlim həyəcanı elan edilib. Müdafiə Nazirliyi məlumat yayıb ki, hərbi hissə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, komanda məntəqələri və rabitə mərkəzləri yerləşdirilib: “Heyət vaxtında təchiz edilib, silah-sursat alınıb, hərbi texnika döyüş vəziyyətinə gətirilib və konsentrasiya bölgələrinə köçürülüb”.
Xəbərə görə, həmin təlimlərə əlavə olaraq ehtiyatda olan hərbçilər də əlavə ediləcək.
Onların yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədilə avqustun 25-dən Ermənistanda üçaylıq hərbi təlim düşərgəsi yaradılacaq.
Nigar