Ermənilər əsgərlərimizdən kömək istədi
Paralel.az xəbər verir ki, Xankəndidə yaşayan bir qrup erməni Şuşa şəhərində xidmət çəkən azərbaycanlı hərbçilərə yaxınlaşaraq iş tapmaqda kömək etmələrini xahiş ediblər.
Məlumata görə, ermənilər rusiyalı sülhməramlılarla birgə bizim hərbçilərimizə yaxınlaşıb, Azərbaycan vətəndaşlığı almağa hazır olduqlarını bəyan ediblər: "Xankəndidə şəraitimiz çox pisdir, iş yoxdur, çörək yoxdur, acıq. Azərbaycan hökumətindən bizi qəbul etməyi və iş verməsini xahiş edirik".
Azərbaycan hərbçiləri onların xahişini lazımi dövlət strukturlarına çatdıracaqlarına söz veriblər.
Akif