Siracəddin Hacı yazır...
NİZAMİ GƏNCƏVİ: Allahın yaratdığı insanlar Allahın verdiyi nemətlərə şükür etməsələr, bolluq darlığa çevrilər, onların ruziləri dəmirdən, daşdan çıxar.
Şərhi: Şükür nemətlərin gerçək sahibinin Allah olduğunu bilmək, onlardan ilahi təyinatına uyğun istifadə etməkdir:
- insan olmağın şükrü Allaha təslimiyyətdir;
- övladın şükrü gözəl tərbiyədir;
- sərvətin şükrü paylaşmaqdır;
- hakimiyyətin şükrü ədalətdir;
- qəlbin şükrü imandır;
- vicdanın şükrü mərhəmətdir;
- elmin şükrü öyrətməkdir;
- ruzinin şükrü halal və təmiz olmasıdır;
- sözün şükrü həqiqəti yazmaq, deməkdir;
- istedadın şükrü xeyri çoxaltmaqdır;
- Qurani-Kərimin şükrü Onun buyurduğu kimi yaşamaqdır...;