Harınlığın son həddi- 116 min manata it!
Paralel.az xəbər verir ki, Dövlət məmurlarının xalqdan və dövlətdən taladıqları pullar hesabına özləri üçün topdağıtmaz saraylar, imarətlər qurması, heç kimə sirr deyil, bunu aşkarlamaq üçün də, heç bir ciddi əməliyyata ehtiyac yoxdur. Amma, bir var varlanmaq, bir də var harınlamaq. Varlı məmurlar yüz minlərlə manat pul xərcləyib övladlarına maşın, saat, xanımlarına çox bahalı pal-paltar, qızıl-zinyət əşyaları alırlar. Elə harınlar da var ki, bahalı eqzotik heyvanlara fil, pələng, timsah, yaxud da itlərə, atlara, pişiklərə pul əsirgəmirlər. Bugünlərdə Tovuz rayonundan aldığımız məlumata görə, rayonun fermerləri üçün nəzərdə tutulan zəhəri, gübrəni satmaqla milyonlara sahib olan və «zəhər-gübrə Mamed» ayaması alan, rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovun harınlığı o həddə çatıb ki, 116 min manata bir cüt it alıb.
P.S.Yəqin, rayonda bahalı itlər yetişdirmək üçün təsərrufat yaratmaq istəyir ki, dövlətdən taladığı pulları qaytarsın.
Bunun nəyi pisdir ki?
Yusif Seyid