Azərbaycan məmurlarının "buğda pripiskası"
"Dağarçıq böyüyüb, çüvaldan yekə olub"
Paralel.az xəbər verir ki, Azərbaycanlılar dünyada ən çox çörək istehlak edən ölkələrdən biridir. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, orta hesabla əmək qabiliyyətli əhali 150 kiloqram, pensiyaçılar 109 kiloqram, 0-14 yaşlı uşaqlar 98 kiloqram çörək və çörək məhsulları istehlak edirlər. Bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Bu statistikaya əsasən, bir azərbaycanlı gün ərzində təxminən 330 qram çörək yeyir. Hökumətin müəyyən etdiyi istehlak normasına əsasən, Azərbaycanda ildə 1 milyon 190 min ton çörək istehlak edilir. Bunu da buğdaya çevirəndə təxminən 1 milyon 400 min ton ərzaqlıq buğda eləyir. Bundan əlavə mal-qara və quş yemi üçün ildə 545,6 min ton, toxum üçün 142,2 min ton, qeyri-ərzaq məhsullarının istehsalı üçün 43,3 min ton buğda istifadə olunur. Deməli ölkəmizin buğdaya olan illik tələbatı 2 milyon, 2 milyon 200 min ton civarındadır.
Paralel.az-a daxil olan məlumata əsasən, bu il avqust ayının 1-nə qədər dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 3 milyon 54,4 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz çox məhsul götürülüb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, orta hesabla hər hektardan əldə edilmiş məhsul 31,8 sentner təşkil edib.
Komitə istehsal edilmiş taxıldan nə qədərinin buğda olduğunu açıqlamamasa da, əvvəlki illərin nəticələrinə uyğun olaraq müəyyənləşdirmək mümkündür ki, istehsal edilən 3 milyon tonutaxılın ən azı 2 milyon tonunu ərzaq buğdası təşkil edir. Şər il təxminən 1,2-1,3 milyon ton civarında da ərzaq buğdası idxal edirik. Onda sual yaranır, blkə əhalinin ərzaq buxdasına olan tələbatı 1,8 milyon tondursa, artıq 2019-cu ildən bəri hər il yerli tələbat qədər ərzaq buğdası istehsal ediriksə, ondan nədən yerli tələbatın 70 faizi həcmində - 1,25 milyon ton da əlavə ərzaq buğdasın xaricdən ixrac edirik?
Bu il isə çox maraqlı vəziyyət yaranıb - guya 2 milyon ton, yəni yerli tələbatdan 200 min ton çox ərzaq buğdası istehsal edilib. Bundan əlavə 1,2 milyon ton da ərzaq buğdası idxal etmək üçün müqavilələr bağlanıb, hətta, buğdanın bir hissəsi artıq ölkəyə gətrilib. Belə çıxır ki, Azərbaycan vətəndaşları bu il 1,8 milyon əvəzinə 3,2 milyon ton - yəni tələbatdan 78 faiz çox buğda istehlak edəcək.
Əziz oxucudar bu uyğunsuzluğun əsas səbəb ölkə daxilində "taxıl pripiskası" aparılmasına görə baş verir. Sadə riyazi hesablamalar aparmaqla müəyyən etmək olar ki, ölkə daxilində cəmi 600-700 min ton ərzaq buğdası istehsal edilir, tələbatın qalan hissəsi isə xaricdən idxal edilən 1,25 milyon ton ərzaq buğdası hesabına ödənilir. Yerdə qalan 1,2-1,3 milyon ton taxıl yalnız sənədlər üzərində "istehsal edilib" ki, onun hesabına dövlət büdcəsindən subsidya alınsın. Bunu isə dövlət məmurlarının himayedarlığı ilə yaradılan fermer təsərrüfatları reallaşdırır. İş o yerə çatıb ki, saxta taxıl istehsalı real taxıl istehsalından 70-80 faiz çoxdur. Yəni ölkədə istehsal edilən hər bir ton taxıla 1,8 ton saxta taxıl düşür. Belə yerdə atalar yaxşı deyib: "Dağarçıq böyüyüb, çüvaldan yekə olub".
Akif Nəsirli