"Onlar xüsusi cihazlarla ora daxil olan şəxslərin COVID-19 pasportunun olub-olmamasını yoxlayacaqlar"
Paralel.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev qeyd edib ki, kiçik marketlərdə COVID pasportu tələb olunmur: " Nazirlər Kabinetinin qərarına görə, yalnız iri ticarət mərkəzlərində bu pasport tələb ediləcək. Vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə, mütləq vaksinasiyadan keçməlidir. Ticarət obyektlərinin sahibləri özləri xüsusi cihazlarla ora daxil olan şəxslərin COVID-19 pasportunun olub-olmamasını yoxlayacaqlar.
Elşad Hacıyevin sözlərinə görə, monitorinq qrupları həmin ünvanlarda monitorinqlər keçirəcəklər:
“Ticarət obyektlərinin monitorinqini həyata keçirən şəxslər mülki və polis formasında həmin obyektlərə daxil olacaqlar. Əgər hər hansı qanun pozuntusu aşkar edilərsə, məsuliyyət birbaşa həmin obyekt sahibinin üzərinə düşəcək. Onların barəsində qanunauyğun tədbirlər görüləcək.
Metrolara da giriş sərbəstdir. Orada vaksinasiya ilə bağlı sənəd tələb olunmur. Son məlumata görə, metroda aktiv koronavirus xəstəsi aşkarlanmayıb."
Şahnaz Salehqızı