İran nüvə silahının bir addımlığında

İran nüvə silahının bir addımlığında
 
İran İslam Respublikası  MAQTE qarşısında götürdüyü uranın 60 faizədək zənginləşdirməilə bağlı öhdəliyə əməl etmir və yaxın on həftə ərzində nüvə silahına sahib olacaq. Bu bəyanatla İsrail Müdafiə Nazirliyi çıxış edib.
Paralel.az xəbər verir ki, dünən BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin səfirlərinin iştirak etdikləri brifinqdə çıxış edən  İsrailin müdafiə naziri Qans xəbərdarlıq edib ki, yaxın iki ay yarım ərzində İran nüvə silahı əldə etmək üçün lazım olan materiala sahib olacaq. O, bildirib ki, real təhlükənin qarşısını almaq üçün artıq sözdən praktik əmələ, işə keçməyin zamanıdır.
Bu ərəfədə Böyük Britaniya, Almaniya və Fransa bəyan edib ki, İranın uranı zənginləşdirməkdə davam etməsi bu məsələ ilə bağlı aparılan danışıqları zərbə altında qoyur. Bugünlərdə İrandakı nüvə obyektlərində araşdırma aparan MAQATE əməkdaşları da bildiriblər ki, uranı zənginləşdirməklə bağlı İran üzərinə götürdüyü 60 faiz həddi keçib və bu rəqəm hazırda 63 faiz təşkil edir. 
Beləliklə, ehtimal etmək olar ki, bu hadisədən sonra İran ətrafında gərginlik artan xətt üzrə davam edəcək. Hələ bir müddət əvvəl İsrail xəbərdarlıq etmişdir ki, o problemin həllində astagəllik nümayiş etdirən tərəfdaşlarını gözləmək fikrində deyil və uyğun vaxtda təkbaşına İranın nüvə obyektlərinə hava zərbələri endirə bilər.
       Səma
0.019348859786987