Bir qrup Göyçay sakini rayon xəstəxanasının baş həkim Elçin Bilalovun qanunsuz əməllərindən şikayət edirlər...

Bir qrup Göyçay sakini rayon xəstəxanasının baş həkim Elçin Bilalovun qanunsuz əməllərindən şikayət edirlər...
 

Bir qrup Göyçay rayon sakinləri tərəfindən redaksiyaya göndərilən

 
               ŞİKAYƏT​
 
Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovun korrupsiya əməlinə görə xəstələr çox əziyyət çəkir.
Xəstəxanada korrupsiya və rüşvətin baş alıb getməsi bir yana, xəstələrin dincliyi tamam pozulub.
 
Baş həkim Elçin Bilalov xəstəxananın həyətində kafe-qumarxana açıb, orada hər gün spirtli içkilər satılır, domino, nərd və kart qumarları oynayırlar. Gecə saat 2 və 3 radələrində belə işləyən həmin kafedə sərxoş və qumar oynayan insanların səs-küyündən xəstələr palatalarda yata bilmirlər.  Bu da onların sağalması üçün aparılan müalicəsinə çox pis təsir göstərir. Sərxoş olan, qumarda uduzub sözü tərs gələnlər, həttda ucadan nalayiq söyüşlər söyürlər, bu cür tərbiyəsizliyin məsuliyyəti də birbaşa baş həkim​ Elçin Bilalovun üzərinə düşür.​
 
Baş həkim Elçin Bilalova məxsus kafe-qumarxananın stolları xəstəxananın həyətinin hər yerində qoyulub. Bu mənzərənlər görən dəhşətə gəlir, dövlət xəstəxanasının həyətində kafe-qumarxana açılması nə dərəcədə düzdür?!
 
Xəstələri, müayinə və müalicəyə gələn insanları saya salmayan baş həkimin psixoloji problemi olduğunu deyirlər. Həttda onun daima psixotrop dərmanlar qəbul etdiyi bildilir. Bu çox inandırıcıdır, çünki normal, ağılı başında olan insan səhv edib xəstəxananın həyətində kefe-qumarxana açmaz.

Dövlət xəstəxanasını özəl şirkəti kimi idarə edən Elçin Bilalov az qalır ki, xəstəxananın həyətində bazar da açsın.
Belə getsə, əlaqədar dövlət orqanları baş həkimin barəsində qanunauyğun tədbir görməsə, baş həkim bundan da betər işlər görəcək.

Baş həkim Elçin Bilalovun qanunsuz əməlləri barədə biz Səhiyyə Nazirliyinə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin ​ (TƏBİB) İdarə Heyətinə və digər orqanlara şikayət ərizələri yazıb onun fəaliyyətinin yoxlanılmasını xahiş etmişik.​ Ümid edirik ki, şikayətimiz və bu müraciıtimiz yerində araşdırlıb təcili tədbirlər görüləcək.

Elçin Bilalov tutduğu vəzifədən azad etməlidirlər ki, rədd olub gedib başqa yerdə kafe-kumarxanasını işlətsin.Dövləti vətəndaşları ələ salmasın.
Biz mətbuat vasitəsi ilə Səhiyyə nazirinin birinci müavini Teymur Musayevə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri cənab Ramil Bayramlıya müraciət ünvanlayıb xahiş edirik dövlət xəstəxanasının həyətində kafe-qumarxana açan baş həkim Elçin Bilalovun fəaliyyətini yoxlayıb onun barəsində təsirli tədbirlər görəsiniz.
İmzalar;  Göyçay rayon sakinləri
Əliyev Mətləb Famil​ ​ oğlu
Qədirov Zamiq​ Nazim oğlu
Salmanova Səmayə Yusif qızı​
Nuriyeva​ Nisə Məhəmməd qızı​
Azər Seyidov
​P.S. Məktubda qeyd edilənlər barədə baş həkim Elçin Bilalovun münasibətini dərc edə bilərik
 
0.12136721611023