OBA-da qəribə olaylar baş verir...
Paralel.az xəbər verir ki, bu gün əməkdaşımız OBA Yeni Yasamal 17 satış mağazasında qəribə olayla rastlaşıb. Belə ki, 02.07 2021-ci il saat 22:07 -də mağazada alış-veriş edən əməkdaşımız qaydalara zidd hərəkətin şahidi olub. Əməkdaşımızın dediyinə görə, digər bir vətəndaş mağaza işçisindən öz çekini tələb etdiyinə görə,kassa xidmətçisinin yanında olan digər bir işçi zibil qabında toplanmış və gün ərzində həmin mağazadan alış-veriş etmiş müştərilərə verilməyən çeklərdən övcuna sığacaq qədər götürərək, gözləyən müştəriyə verib.
Artıq neçə illərdir ki, Vergilər Nazirliyi vətəndaşlara "ödəniş zamanı çek tələb edin" çağırışları edir, bunun dövlət və alıcı üçün faydaları izah olunur. Amma vətəndaşların əksəriyyəti hələ də kassa çeklərinin birbaşa faydasını görmədiyi üçün, yaxud, ƏDV bonuslardan istifadə qaydasını bilmədikləri üçün alış-veriş məkanlarından çek tələb ermirlər ki, bu da satış yerlərinin sahiblərinə, rəhbərlərinə sərf edir. Zibil qablarında toplanmış çeklərin sonrakı taleyi isə heç kimə bəlli deyil.
Kassa xidmətçisinin sözlərinə görə, həmin çeklərin digər müştərilərə verilməsi müdriyyət tərəfindən qadağan edilib. "Onlar işin sonunda yandırılacaq" aldatmacasıyla...
Şahnaz