“Təmiz Qaz” insanların haqqına girir
Bir yandan Təmiz Qaz QSC -də çalışan zəhmətkeş insanların istehsalatda fərqləndiyinə görə şirkət rəhbərliyi tərəfindən müxtəlif mükafat və Fəxri Fərmanlarla təltif olunduqları xəbəri. digər yandan əməkhaqqılarının heç bir əsas gətirilmədən kəsilən, yaxud, azaldılan kəsiminin şikayətləri...
Ölkənin demək olar ki, bütün regionlarını əhatə edən və 2016-cı ilin martında yaradılan “Təmiz Qaz” QSC-də sözün həqiqi mənasında əmək haqqı üsyanı yaşanır. Burada çalışan yüzlərlə insanın əməklərinə görə verilən haqq səbəb göstərilmədən azaldılıb.
Redaksiyamıza müraciət edən QSC-nin bir qrup işçiləri qeyd ediblər ki; - "Mayın 31 tarixindən işçilərə yeni müqavilə təqdim edilib. Həmin müqavilədə işçilərin əmək haqları 30-40 faiz az göstərilib. Həmin tarixədək 500 manat alan işçi yeni tərtib olunmuş müqaviləyə imza atırsa, növbəti aydan 340-350 manat alacaq. Bu gün ölkədə ciddi şəkildə pulun qiymətdən düşməsi prosesi gedir. 1 həftəlik azuqə almaq üçün 100 manat yetmir. Çünki qiymətlər demək olar ki, hər gün artır. Əmək haqqımızı artırmaq əvəzinə kəsirlər. Etiraz edirik, deyirlər ki, yeni müqaviləni imzalamayanlar işdən çıxarılacaq. Burada bizimlə çiyin-çiyinə işləyən 2-ci Qarabağ müharibəsinin iştirakçıları da var. Onların da əmək haqqını kəsirlər”.
P.S. Qarşı tərəfin də fikirlərini işiqlandırmağa hazırıq.