O, ABU-da çalışdığı dövrdə korrupsiya cinayətində iştirak edib, həbs olunub

O, ABU-da çalışdığı dövrdə korrupsiya cinayətində iştirak edib, həbs olunub
 

                                               Nemət Həsənov necə direktor oldu?

Kəlbəcər rayon 37 nömrəli tam orta məktəb əvvəllər İsmayıllı rayon ərazisində fəaliyyət göstərib. Sonralar keçmiş Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırov həmin məktəbin fəaliyyətini İsmayıllı rayonunda dayandıraraq məktəbin möhürünü Nemət Həsənova satır və ...
Nemət Həsənov isə həmən məktəbi Bakı şəhəri Binə qəsəbəsinə köçürərək məktəbin fəaliyyətini Binə qəsəbəsində davam etdirib. Məktəbin direktor vəzifəsi uzun illər vakansiyada olsa da, məktəbə direktor təyin olunmamış (direktor imtahanından keçən namizədi Nemət Həsənov məktəbə buraxayıb və səbəbini də məktəbin torpağı mənimdir, sinif otaqlarını mən tikmişəm kimi göstərir. Və beləliklə məktəb tamamilə Həsənovlar ailəsinə məxsusmuş kimi görünür) və keçmiş Təhsil Şöbəsinin müdiri Elmira Şükürova Nemət Həsənovdan külli miqdarda rüşvət almaqla (2017-2018) həmin məktəbə daimi direktor təyin olunur.

Məktəbin fəaliyyət göstərdiyi ərazidə isə demək olar ki, Kəlbəcər rayonundan məcburi köçkün yaşamır...
Bu məktəbdə təhsil alan şagirdlər də yerli rayon sakinləridir.
Təhsil Nazirinin keçmiş müavini Məhəbbət Vəliyeva Goranboy rayonunda keçirilmiş zona iclasında (2019-2020) yerli uşaqlarin məktəbə kütləvi qəbuluna yol verdiyi üçün 37 nömrəli tam orta məktəbin adını hallandırıb ...
Yerli Bakı məktəblərində təhsil alan şagirdlərin bir qismi 10-11-ci siniflərdəki təhsilini davam etdirmək üçün hələ də Nemət Həsənovun məktəbinə üz tuturlar.

0.018923997879028