Valideynlər etiraz edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 311 nömrəli məktəbin direktoru Esmira Muradovanı işdən azad edib.
Paralel.az xəbər verir ki, Bir neçə gün bundan əvvəl BŞTİ-dən direktora işdən çıxarılması ilə bağlı ərizəsinin yazılması bildirilib. Esmira Muradova da ötən gün ərizəsini yazaraq işdən çıxıb.
Xatırladaq ki, 311- nömrəli məktəbin müəllim və valideynləri keçmiş direktor Esmira Muradovanın işdən çıxarılmasına etiraz olaraq Təhsil naziri Emin Əmrullayevə sosial şəbəkələrdə şərh yazıblar.