Səttar Mehbalıyevin 30 il davam edən  AHİK sultanlığının çöküşü başladı...

Səttar Mehbalıyevin 30 il davam edən  AHİK sultanlığının çöküşü başladı...
 

Oğlu İsfəndiyar Mehbalıyev vəzifədən azad olundu..

Bugün Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə İsfəndiyar Səttar oğlu Mehbalıyevi ərizəsinə əsasən Qaradağ rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edib.

Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğlu, Prezidentin sabiq köməkçisi Əli Həsənovun kürəkənidir.

Bu, o deməkdir ki, Səttar Mehbalıyevin dövlət içində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adlı qurduğu şəbəkənin, milyard dollarla dəyəri olan sərvətlərin, ölkədə və xaricdə fəaliyyət göstərən çoxsaylı qohum-əqrabadan ibarət yaratdığı mafiyanın çöküşü başlayıb.

Mütəxəssislərin ilkin hesablamalarına görə, Səttar Mehralıyevin həmkarlar sistemi vasitəsilə hər il mənimsədiyi yüz milyonlarla pulun 30 il ərzində bir neçə milyarddan çox olduğu bildirilir.

Dövlət orqanlarının işçilərinin əmək haqqından hər ay tutulub, AHİK-in hesabına köçürülən milyonları dədəsinin malı kimi şəxsi hesabına toplayan Səttar Mehbalıyevin hakimiyyət iştahası çoxalmış və hakimiyyət uğrunda gizli mübarizə aparan qudası Əli Həsənova maddi və siyasi dəstək verdiyi barədə məlumatlar ölkə mediasına sızıb.

Mövzunu diqqətdə saxlayacağıq, bizi izləyin.

P. S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

Murtuza

0.027114868164062