Zahid Oruc Sahil Babayevi sərt tənqid etdi: "Elə haqsız qərar verilir ki..." - VİDEO
Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi sərt tənqid edib, onun yürütdüyü siyasəti dolayısıyla yarıtmaz adlandırıb.
O xatırladıb ki, Milli Məclis rəhbərliyi əlillik sahəsində bütün maraqlı təşkilatların iştirakı ilə səmərəli dialoq mühiti yaradaq geniş dinləmələr keçirib. Millət vəkili bir sıra ümumiləşdirmələri bölüşüb:
"Nazirlik 2019-cu ildə 7 meyar, 14 patologiya və 2500 xəstəlikdən ibarət yeni Əsasnaməni hazırlayaraq Hökumətə məhz bu məqsədlə təqdim etmişdi, amma onun qəbulunun gecikdiyi üçün nəticələri gözləmədən əvvəlki illərdə təyinat alan şəxslərin işlərinin yenidən qiymətləndirməsinə tələsik qərar verilib. Hörmətli nazir Sahil Babayevin açıq mənbədə verdiyi məlumata görə, indiyədək 90 min insanın pensiyası, 17 min nəfərin əlillik təyinatı ləğv edilib. Elə buradaca sual olunur-nəticədə bu qədər vətəndaş ordusunun harada-əmək bazarında, özünəməşğul əhalinin sırasında, yoxsa işsizlərin siyahısında, ya da ictimai işlər və özəl sektorda özünə yer etməsinə dair məlumatı da təqdim etmək yaxşı olardı. O cümlədən, 2016-cı ildə Nazirlər Kabinetinin təkrar müayinə qarşısında olan 250 min şəxsin 2021-ci ilədək müddətinin uzadılması və cari ildə onların yenidən tibbi baxışa qayıtması, nazirin sözlərinə görə, həmin şəxslərin də yekunda 60-70 mininin artıq əlilliik reyestrindən çıxarılacağının anonsu bizi qayğılandırmaya bilməz.Bir daha xüsusi vurğulayırıq ki, Nazirlik indi müzakirəmizə çıxarılan, lakin hökumətin təsdiqləmədiyi 2019-cu ildəki Əsasnamədə qeyd edib və biz vətəndaşlarımızın sağlamlıq durumuna diaqnoz qoyarkən 2022-ci ildən qüvvəyə minəcək indiki daha humanist və çoxçeşidli qaydalarla deyil, haqsız olaraq tam əksəriyyətinə “saxta” deyib vətəndaşımızı yarğıladığımız, birtərəfli qaydada onu günahkar çıxardığımız, beləliklə ciddi gərginlik mənbəyinə çevirdiyimiz və insanları sosial qəyyumluq, müftəxorluqda suçlandırmağa səbəb olan hazırki ləğv qərarları ilə üzə-üzə qoymuşuq. Üstəlik, 200 minə qədər insanın hüquqi sənədləri qanun pozuntuları ilə tərtib edilibsə və orada ən azı 4 hökumət qurumu iştirak edibsə, bizim illərlə burada qəbul etdiyimiz hesabat iclasları, yüksək təqdimatlar da zərbə altına alınır və açıq-aşkar uğur hekayələrimizə mənfi təsir edir".
Komitə sədri hərbi əlilliklə bağlı qeyd edib ki, birinci qrupa 8800 manat sosial sığorta ödənilir, ikinci qrupa 6600 manat, üçüncü qrupa 4400 manat:
"Qrup dəyişəndə 2200 manat birdəfəlik ödəniş əldə edilir, təqaüddə 50 manat fərq edir, pensiyada daha yüksək faiz hesablanır. Lakin qazilərin əlilliyin təyinatına 5 qurumun qərar verməsinin operativliyə mənfi təsiri, bürokratiya və müalicə tədbirlərində yaşanan pərakəndəlik informasiya vasitələrinə çıxan məlum səhnələrə səbəb olur. Halbuki çözüm yolu kimi, Silahlı Qüvvələr üzrə vahid Komissiya təşkil edərək, bir ünvanda qazilərin qəbulu və vahid meyarlar əsasında onların sosial statusunun və sağlamlıq imkanlarının diaqnozu aparıla bilərdi. Çünki Hərbi-tibbi komissiyalardan keçən şəxslərin daha sonra TƏBİB müəssəsilərində, İcbari Sığorta Аgentliyi, Səhiyyə Nazirliyi arasında qalması və həkimlərin mühüm bir qisminin forma 88-i dolğun tərtib etməməsi bir çox həqiqi əlil olan insana imtina qərarının verilməsi ilə nəticələnir.
Parlament dinləmələrində İcbari Tibbi Sığorta Agentliyinin yüksək rəsmisi səhiyyə müəssisələrində kompüterləşmə səviyyəsinin aşağı olmasını və səhvlərin bir çoxunun qeydiyyat, sənədləşmə, məlumat bankının yaradılması sahəsində peşəkar kadrların azlığı ilə əlaqələndirdi. Digər mühüm məlumat, Həkim Məsləhət komissiyalarının sayının 200-dən 163-ə, gələcəkdə isə 100-ə endirmək istəyirlər ki, bəlkə bu yolla səhv sənəd tərtibinin qarşısını alsınlar.Lakin ən maraqlı açıqlama həkimlərin “bizim işimiz müalicə etməkdir, sənəd doldurmaq deyil” bəyanatıdır. Göründüyü kimi, nazirliklər arasında işin təşkilində yaşanan etimadsızlıq mühiti nəticə etibarilə həsass kateqoriya vətəndaşların hüquqlarını zərbə altında qoyur.