Əhəd Abıyev bahalı avtomobili ilə qayda pozub?
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə məxsus 10-AA-457 nömrəli "Range Rover” markalı avtomobil Bakının Həsən Əliyev küçəsində görüntülənib.
Demokrat.az-ın xəbərinə görə, maşını icra başçısının sürücüsünün idarə etdiyi bildirilib.
Məlumata görə, Ə.Abıyev də avtomobildə olub. Sürücü avtomobili yolun hərəkət hissəsində saxlayaraq, mağazaya gedib.
İddia edilir ki, yolun bu hissəsində avtomobil saxlamaq dayanma-durma qaydalarının pozuntusudur. Bəziləri isə bunun qayda pozuntusu olmadığını bildiriblər.
P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Mənbə demokrat.az