Rafel Cəbrayılovun istintaqı yekunlaşır – Keçmiş deputatı uzunmüddətli həbs gözləyir

Rafel Cəbrayılovun istintaqı yekunlaşır – Keçmiş deputatı uzunmüddətli həbs gözləyir
 

Keçmiş deputat Rafael Cəbrayılovla bağlı cinayət işinin istintaqı yekunlaşmaq üzrədir. HİT.Az-ın əldə etdiyi məlumata görə, yaxın vaxtlarda cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.

Rafael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə həbs edilib. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Rafael Cəbrayılov deputat olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət edən vətəndaşa bu barədə yalandan vəd verib.

Həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Lakin keçmiş deputatın başqa qanunsuz əməlləri də var. Rafael Cəbrayılov 8 nəfəri müxtəlif vədlərlə aldadaraq onların toplam olaraq 1 milyon 550 min dollar pulunu mənimsəyib. Həmin şəslər aşağıdakılardır:

Təranə Fətəliyeva - 300 000 dollar
Məlahət Qurbanova - 580 000 dollar
Xatirə Nəcəfova - 200 000 dollar
Yusif Orucov - 200 000 dollar
Aynur Kazımova - 100 000 dollar
Şəfa Məmmədova - 80 000 dollar,
Bəşir Məmmədov - 60 000 dollar
Allahverdi Səfərəliyev - 30 000 dollar.

Pokurorluq bu məsələni də əhatəli araşdırıb və Rafael Cəbrayılovun aldatdığı şəxslər zərərçəkən qismində tanınıb. Onların sözlərinə görə, keçmiş deputat zərəri ödəməyəcəyi təqdirdə şikayətlərini geri götürməyəcək və ona ağır cəza tələb edəcəklər.

Beləliklə, 15 ilə yaxın deputat olmuş və bu müddət ərzində vətəndaşları aldatmaqla oliqarxa çevrilmiş Rafael Cəbrayılov uzun müddət həbsxana həyatı yaşaya bilər. Keçmiş deputatın ittiham olunduğu  maddədə on ildən on dörd ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.20:37:57

0.064174890518188