ORUC UCA ALLAHIN TƏRBİYƏ PROQRAMIDIR

ORUC UCA ALLAHIN TƏRBİYƏ PROQRAMIDIR
 

QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ

GİRİŞ

Rəcəb ayı gəldi, üç aylar başladı, Ramazana doğru gedirik. Rəcəb Şaban aylarında ilahi əmr olan Ramazan orucunu tutmağa hazırlaşmalıyıq. Sevgili Rəsulumuz buyurur ki, Allahım, Rəcəb Şabanı bizə mübarək qıl, bizi Ramazana qovuşdur. Rəcəb Şabanın mübarəkbərəkətli olması üçün Ramazan orucunun mesajlarının anlaşılması şərtdir, yəni oruc şüuru olmasa, oruc ibadət olmur, içi boşalır, festivala, əyləncəyə, göstərişə, arıqlama proqramına, zəngin iftarqonaqlıq süfrəsinə çevrilir. Öncə anlayış, sonra davranış ölçüsündən çıxış edərək oruc ibadətinin bərəkətli olması, ilahi təyinatını yerinə yetirməsi məqsədi ilə Qurani-Kərimdə olan oruc ayələrini gücümüz ölçüsündə şərh etdik. İstədik ki, oruc şüuru, oruc mədəniyyəti olsun, onun mesajları anlaşılsın, dəyərləri həyatımıza daşınsın, insanlığımızı, sevgimizi, imanımızı, barışımızı, azadlığımızı, ədalətimizi, mərhəmətimizi artırsın. Sizi əmin edirəm ki, böyük zəhmətlə hazırlanmış bu yazılara vaxt ayırsanız, oxusanız, ağlınızdakı elm laləsinə, qəlbinizdəki iman bənövşəsinə, vicdanınızdakı mərhəmət nərgizinə su tökmüş olacaqsınız. Oxuyan gözləriniz nurlu, düşünən ağlınız bərəkətli olsun.

I AYƏ

Siz ey iman edənlər! Oruc sizdən öncəkilərə olduğu kimi sizə yazıldı, bəlkə, bu sayədə (yolla) təqvaya qovuşasınız”(Bəqərə, 2/183)

1) “Siz ey iman edənlər!”

Uca Allah vəsiyyət ayələrindən sonra yeni bölməyə keçir, oruc ayəsini açıqlayır. Sözəsiz ey iman edənlərxitabı ilə başlayır, imanla oruc tutmaq arasında bağ qurur. Qurani-Kərim imanla saleh əməli bir arada təqdim edir: saleh əməlsiz iman ölüdür, həyata daşınmamış, yaşanmamış, sözdə qalmış, quru, təsirsiz, insanı ilahi dəyərlər uğrunda fəaliyyətə yönəltməyən, saleh əməllərə yol açmayan imandır. İmansız əməl bərəkətsizdir.

Ayədəkisiz ey iman edənlərxitabı bu mənaları ehtiva edir: imanınızda səmimi isəniz, imanınız aktivdirsə, yəni sizi ədaləti, xeyri, bərəkəti, barışı, mərhəməti, qardaşlığı çoxaltmağa yönəldirsə, bunun sübutu olaraq oruc tutun. “Siz ey iman edənlərmüraciəti oruc çox önəmli ibadət olduğunu söyləyir, deyir ki, oruc tutmaq uca Allahın rizasını qazanmaq uğrunda cihadın ayrılmaz parçasıdır, orucda bərəkət var, o sizi yenidən inşa edəcək, sizi ilahi nemətlərə qovuşduracaq, sizə özünüzü idarə etməyi öyrədəcək, sıxıntılara dayanma gücü verəcək, sizi imtahana hazırlayacaq, axirət səadətinə qovuşduracaq.

Uca Allah möminlərin sevə-sevə, mənasını anlaya-anlaya oruc tutmalarını istəyir, “siz ey iman edənlərxitabı ilə onlara ruh cəsarət verir, sanki, bunu demiş olur: siz möminlərsiniz, sizi böyüdəcək, dəyərinizi artıracaq oruc ibadətini yerinə yetirməyə gücünüz çatacaq. Bu xitab oruc tutmağa təşviq edir, sən başlasan, ilahi yardım gələcək, bu mübarək əməlin içində ilahi riza, xeyir, bərəkət var deyir...

Uca Allahın seçdiyi, əmr buyurduğu, biçimini (icra şəklini) müəyyən etdiyi ibadətlər insanla uca Allah arasındakı mənəvi bağlardır, insanın güc qaynaqlarıdır, ibadətlər insana uca Allaha qulluq şüuru verir, deyir ki, qulluq ancaq Onadır, Ona qul olan azad olar, uca Allahdan başqasına qulluq haramdır, şirkdir, zülmdür, köləlikdir. İbadətlər imanı, iman fitrəti, fitrət insanı qoruyur.

Uca Allah insana ən böyük dəyər olan tövhid anlayışını öyrətmək üçün proqramlar nazil edir: namaz, zəkat, infaq, həcc... Bu ibadətlərin hər birinin hədəfi tövhid anlayışını öyrətmək, onu yaşam (həyat) biçiminə çevirmək, insana uca Allaha qulluq şüuru vermək, tövhid düşüncəsi ilə həyat (, sosial münasibətlər...) arasında bağ qurmaqdır. Qurani-Kərimin tanıtdığı hər anlayış ibadətlə həyat arasında qırılmaz bağ var, məsələn, uca Allah buyurur ki, O hər şeyi görür, bilir eşidir. İnsanın bu ölçüyə inanmasının həyati (praktik) qarşılıqlarından bir neçəsini sayaq: uca Allahın hər şeyi görən, bilən, eşidən varlıq olduğuna iman insanı bütün pisliklərdən qoruyaruca Allahı bu ölçülərlə tanıyan insan zülm etməz, yalan danışmaz, haram yeməz, hər an nəzarətdə olduğunu bilər, uca Allahla arasına vasitəçilər qoymaz, yəni şirkdən qaçar, görən, bilən, eşidən Allah inancı insana güc, ümid, güvən, səbir verər, onu sevgiyə, barışa, mərhəmətə, ədalətə, xeyrə yönəldər...

Uca Allahın tərbiyə proqramlarından birinin adı Orucdur. Oruc adlı tərbiyə (ağlı, vicdanı, iradəni inşa məktəbi) proqramının içində bu dəyərlər var...

Uca Allahın tərbiyə proqramlarından birinin adı Orucdur. Oruc adlı tərbiyə (ağlı, vicdanı, iradəni inşa məktəbi) proqramının içində bu dəyərlər var:

- oruc adlı Ramazan proqramında QURANİ-KƏRİM var, Qurani-Kərim Ramazanın ruhudur, ilahi mesaj bu ayda nazil olduğu üçün oruc tuturuq (Tövratın, İncilin, Zəburun da Ramazan ayında nazil edildiyi ilə bağlı rəvayətlər var);

- bu proqramda ŞÜKÜR varoruc tutaraq insanlığa hidayət rəhbəri olan Qurani-Kərimi nazil etdiyinə görə uca Allaha şükür edirik. Hər nemətin şükrü öz cinsindəndir, məsələn, ağılın şükrü doğru düşünmək, qəlbin şükrü iman etmək, vicdanın şükrü şəfqətli mərhəmətli olmaq, bütövlükdə insan olaraq yaradılmağın şükrü uca Allaha təslim olmaqOnun buyurduğu kimi yaşamaqdır. Belə bir sual verə bilərsiniz: insanlığın hidayət rəhbəri olan Qurani-Kərimin nüzuluna görə niyə məhz Ramazan ayında oruc tutmaqla şükür etmək biçimi seçilmişdir, bəlli bir müddət ac qalmaqla Qurani-Kərim arasında hansı əlaqə var? Cavabımız belədir: Ramazan ayında bəlli bir müddət mədəmiz ac qalır, ağlımız, ruhumuz, vicdanımız, qəlbimiz isə doyur. Ramazan ayı ağlın, ruhun, vicdanın, qəlbin ən çox doyduğu, qidalandığı aydır. İnsan ac qaldıqca, ya da az yedikcə düşünmək imkanı artır, ehtiyac ağılı hərəkətə keçirir, bədən ac qaldıqca ruhun qanadları açılır, qəlb imanla doyur. Qurani-Kərim insanın ağlını, ruhunu, vicdanını, qəlbini doyuran kitabdır, ruzidir, nemətdir, təsadüfi deyildir ki, Qurani-Kərimin mübarək adlarından biri Ruzidir. O, ağılın ruzisi olaraq elmi seçir, oxu buyurur, varlığı uca Allahın adı ilə oxu, yəni yaradılan hər varlığa yerləşdirilmiş elmi kəşf et, kəşf et ki, inkişaf edəsən, o elmlərin gerçək sahibini tanıyasan, Ona təslim olasan, nəticədə, həqiqi azadlığa qovuşasan, dəyər qazanasan, azad olmayanın dəyəri olmaz ki! Uca Allah qəlbin ruzisi olaraq imanı təklif edir, iman əmin olma halıdır, qoruyucu sistemdir, güvən ümiddir. Uca Allah buyurur ki, vicdanın ruzisi mərhəmət, şəfqət sevgidir, mərhəmət barış içində yaşamağın ana ölçülərindən biridir. Uca Allahın ölçüsü deyir ki, iradənin ruzisi seçim haqqıdır, iradə seçmək deməkdir, seçim üçün ən azı iki yol olmalıdır, iradə nemətinin şükrü doğru olanı seçməkdir. Toplasaq, Ramazan ayı mədənin bəlli bir müddət ac qaldığı, ağılın, qəlbin, vicdanın isə doyduğuQurani-Kərim nemətləri ilə qidalandığı aydır. Ona görə biz Ramazan ayında nazil olmağa başlayan Qurani-Kərimə görə bu kitabın sahibi olan uca Allaha bir ay oruc tutaraq şükür edirik. Deyirik ki, ağıl, qəlb, vicdan, iradə mədədən daha dəyərlidir, mədəni ac saxlamadığın kimi ağıl, vicdan qəlbini ac saxlama, onları da sağlam, təmiz, halal qidalarla doyur, ey insan, bil ki, Qurani-Kərim fitrətin qidasıdır;

- uca Allahın oruc adlı tərbiyə proqramında NİYYƏT var. Niyyət bir şeyin mahiyyət hədəfini anlayaraq onu etməkdir, şüurlu olmaqdır, O, bizim şüurlu müsəlman olmağımızı istəyir;

- oruc proqramında Qurani-Kərimi ANLAYARAQ OXUMA var (bütün günlərdə, bütün aylarda Qurani-Kərim oxumağın şərti onu anlamaqdır, ancaq ramazanın da özəl yeri var). Qurani-Kərimin üzərimizdə dörd haqqı var: oxumaq, anlamaq, yaşamaqdəyərlərini həyatımıza daşımaq (uca Allahın buyurduğu kimi yaşamaq), öyrətmək. Bədəni, ağlı, qəlbi, vicdanı, iradəsi, əməli ilə tam oruc tutan insanlar bütün varlıqları ilə Qurani-Kərimi anlamağa köklənirlər;

- uca Allahın oruc adlı tərbiyə proqramında TƏMİZLİK var, ac qaldıqca bədən, Quran-Kərimi anladıqca, Onunla doyduqca ağıl, ruh, vicdan, qəlb, iradə təmizlənir, təmizlənən insan həqiqəti görür, Allaha təslim olur, azadlığına qovuşur (təmizlənməyən azad olmaz), dəyər qazanır, fitrət insanı olur;

- oruc proqramında TƏQVA var, təqva qorunmaqdır, oruc tutmağın hədəfidir, uca Allah qarşısında məsuliyyət şüurudurdəyərin məsuliyyətli olduğun qədərdir, sənə yüklənmiş vəzifəni yerinə yetir, ədalətli ol, zülmə qarşı dirən, barışı, xeyiri, qardaşlığı, mərhəməti çoxalt, Ona təslim ol ki, qoruna biləsən, ey insan;

- oruc proqramında DUA var, dua uca Allaha təslimiyyətin ifadəsidir, insanın güc qaynağıdır, ilahi nemətdir, ümiddir (ümid etməyən dua etməz), uca Allahla insan arasındakı qırılmaz bağdır;

- oruc proqramında SAXUR İFTAR varoruc süfrəsi bizə nemətin sahibini tanıdır, nemətlərin dəyərini öyrədir, şükrə yönəldir, acları, yoxsulları unutma, israf etmə deyir, israf edənlər şeytanın dostlarıdır;

(Ardı var...)

Siracəddin Hacı

0.04192590713501