«Əjdaha» getdi, su olacaqmı?

«Əjdaha» getdi, su olacaqmı?
 

Suvarma sistemləri yeni texnologiya ilə qurulmasa, su qıtlığı aradan qalxmayacaq

Uzun illərdir ölkənin suvarma su təsərrüfatına rəhbərlik edən Əhməd Əhmədzadə vəzifəsindən kənarlaşdırıldı.  Ölkə prezidenti Zaur Mikayılovu Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə sədr təyin etdi. Səhimdar Cəmiyyət son otuz il ərzində ölkənin ən fəaliyyətsiz büdcədən kifayət qədər yüksək həcmli maliyyə vəsaiti alan dövlət qrumu olub.

Bu otuz il ərzində sözügedən qurum müxtəlif adlar altında mövcud olsa da, ona hər il təxminən yarım milyard manat civarında vəsait ayrılıb. Müstəqillik dönəmində təxminən 15 milyard manavt vəsait xərcləyən bu qrum demək olar ki, ölkənin su təsərrüfatı üçün bu vəsaitin heç 10 faizini belə, səmərəli xərcləməyib, bütün vəsaitlər korrupsiyaya yem olub. Araşdırmalar təsdiq edir ki, fermerlərin su təminatı üçün hər hektara görə su assoasiyalarına ödədiyi xidmət haqqı, su təminatı üçün xərclənən vəsaitin 5-6 faizinə bərabərdir. Guya ölkə üzrə bütün suvarılan torpaqların su ilə təmin edilmə xərclərinin 90 faizindən çoxunu Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti qarşılayır. Halbuki bu SC rəhbərliyinin müvafiq qrumlarının xəbəri belə yoxdur ki, ölkənin suvarılan torpaqları hansı səviyyədə suvarma suyu ilə təmin edilir. SC-nin nizamnaməsi ilə tanış olduqda aydınlaşır ki, bu qrum suvarma suyunun fermerlər arasında bölüşdürülməsinə - başqa sözlə desək, ölkənin su resurslarının idarə edilməsinə heç bir cavabdehlik daşımır. Qrum yalnız suyun mənbədən götürülərək aparıcı kanallara verilməsinə cavabdehdir. SC-nin yerlərdə yaratdığı su asosasiyaları da eyni prinsiplə çalışır, belə assoasiyalarda çalışan işçilər etiraf edir ki, bizə yalnız fermerlərdən istifadə edilən suyun pulunu hektara görə yığmaq müvafiq qrumlara təhvil vermək tapşırılıb. Sadəcə olaraq, bu assoasiyada çalışan işçilər su pulu yığanda fermerlər onlardan su təminatı tələbi qoyduqlarına görə, onlar suyun fermelərə çatdırılması üçün öz şəxsi təşəbbüsləri ilə əllərindən gələni edirlər. Çünki başqa cür fermerlərdən su pulu yığmaq mümkün deyil. Beləcə, ölkənin suvarılan torpaqlarının suvarma suyu ilə təmin edilməsində anarxiya xaos davam edir. Bu problemlərdən bəzilərini prezident yeni sədri qəbul edərkən dilə gətirdi. Bildirdi ki, suyun fermerlər arasında ədalətsiz bölünməsi barədə faktlar aşkarlanıb. Bu Azərbaycanın su təsərrüfatında artıq bir ənənəyə çevrilib - məmurlar torpaqlarını suyun yuxarı axarlarına yaxın ərazilərdən alır lazım oldu-olmadı torpaqlarını tez-tez suvarırlar, elə bilirlər ki, özləri üçün çox xeyirli görürlər. Halbuki, tez-tez suvarmaqla həm öz torpaqlarını şoranlaşdırır, həm digər fermerlərə su çatmasına mane olurlar. Suyun yuxarı axarında oturan fermerlər (məmurlar) isə bunu anlamaq istəmirlər.

Azərbaycanın su təsərrüfatında mövcud oldan problemlər, yalnız bunlarla yekunlaşmır. Prezident çıxışında ölkəmizin su ehtiyatlarının məhdud olduğu barədə söz açdı. Qafqaz ölkələri arasında ən az su ehtiyatlarına malik olsaq da, bu ehtiyatların 10-15 faizi ilə Azərbaycan fermerlərini tam şəkildə suvarma suyu ilə təmin etmək olar. Cənubi Qafqazfn 310 milyard kubmetr su ehtiyatlarının 31 milyard kubmetri ölkəmizin payına düşür. Su ehtiyatlarımızın 33 faizi ölkə daxilində, qalan hissəsi isə transsərhəd çayları hesabına formalaşır. Azərbaycanın hazırkı infrastrukturu ilə nəzəri baxımdan 10 milyon kubmetr su bütün suvarılan torpaqlarını su ilə təmin edə bilər. Lakin bu qədər su sərfiyyatını daha mütərəqqi üsullardan istifadə etməklə azı 2 dəfə azaltmaq da mümkündür. Biz 31 milyon kubmetr su ilə on milyon əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yalnız yarıya qədərini ödəyə biliriksə, İsrail 3-4 milyon kubmetr su ilə təxminən statistik olaraq bizimki qədər əhalinin aqrar məhsullara olan tələbatının 95 faizini ödəyə bilir. Onu da qeyd edim ki, İsrailin əhalisi 9,1 milyon nəfər olsa da, ərazisi bizimkindən dörd dəfə azdır (20,8 min kvadrat kilometr). İsrail hökuməti bu nəticələrə kənd təsərrüfatına mütərəqqi texnologiyaların tətbiqi ilə nail ola bilib. Birincisi, suvarma suyu götürüldüyü mənbədən istifadəçiyə çatana qədər dəmir borularla çatdırılır. Müasir mərhələdə, artıq dəmir boruları daha ucuz, plastik analoqları əvəzləyir. Nəticədə birincisi, su itkisinə yol verilmir, ikincisi, su kanallarının zəbt etdiyi yüzlərlə hektar sahə fermerlərin istifadəsinə verilir, üçüncüsü isə suötürücü kanallar keçdiyi əraziləri şoranlaşdırmır. Digər tərəfdən, İsraildə kənd təsərrüfatı təyinatlı torpaqların 90 faizindən çoxu yağış-damcı üsulu ilə suvarılır ki, bu da həm suya qənaət etməyə, həm yüksək məhsuldarlıq əldə etməyə, eyni zamanda torpaqların şoranlaşmasının qarşısını almağa, onu daha da münbitləşdirməyə imkan verir. Çünki yağış-damcı yolu ilə suvarmada suvarma suyu torpağın dərin qatlarına enə bilmədiyindən yerin təkindəki qrunt suları ilə qarışsa da, onların səviyyəsini qaldırı bilmir.

Onu da qeyd edək ki, bu üsullardan yalnız İsrail deyil, dünyanın inkişaf etmiş bütün ölkələri istifadə edir. Fikrimizcə, Azərbaycan da aqrar sahədə bu cür mütərəqqi becərmə suvarma üsullarından istifadə etməlidir. Hazırda ölkədə 10 su anbarının tikintisi layihələndirilib. Həmin su anbarlarının yarısının tikintisini təxirə salıb, ölkənin bütün suvarma sistemini boru kəmərləri ilə təhciz etsək, bizə heç o qədər su, o qədər su anbarı lazım olar. Özü bu boruların plastik materiallardan hazırlanması çox ucuz başa gələ bilər. Belədə isə ölkə fermerlərinin canı həm su qıtlığından, həm şoranlaşmadan qurtarar. Bu cür suvarma sistemlərinin mövcudluğu suvarma suyunun sayğaclaşdırılmasına da şərait yarada bilər.

Bunun üçün isə qısa müddətli dönəmdə ölkənin su ehtiyatları səmərəli idarə edilməli, onun bölüşdürülməsinə cavabdeh bir qrum olmalıdır. Hazırda Azərbaycanda suvarma suyunun bölüşdürülməsinə heç bir dövlət ya qeyri-dövlət qrumu cavabdehlik daşımır. Problemin tez bir zamanda həlli üçün su bölgüsünə kimsə cavabdeh olmalı, məsuliyyət daşımalıdır.

 

Vaqif C.

0.025760889053345