Qırğızıstanda hakimiyyəti ələ keçirmək istəyənlər saxlanıldılar

Qırğızıstanda hakimiyyəti ələ keçirmək istəyənlər saxlanıldılar
 

Qırğızıstanda hakimiyyəti ələ keçirmək məqsədi ilə kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Paralel.az xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin əməkdaşları hökuməti devirmək üçün yaradılan, hər bir üzvünün öz rolu olan qruplaşma barədə məlumat alıb.

Qrup noyabrın 17-də yerli şuralara seçkilər günü Bişkek ətrafında idman oyunları keçirməyi planlaşdırıb. Bu oyunlar zamanı üzvlər insanları zorakılığa çağırmalı, konstitusiyaya zidd çağırışlar səsləndirməli və hakimiyyətin zorla ələ keçirilməsi üçün sabitliyi pozmalı idilər.

Faktla bağlı Daxili İşlər Nazirliyi “Zorakılıq, soyğunçuluq, yandırma, əmlakın məhv edilməsi, odlu silahdan, partlayıcı maddələrdən və ya partlayıcı qurğuların tətbiqi ilə müşayiət olunan kütləvi iğtişaşların təşkilinə hazırlıq və ya dövlət orqanlarının nümayəndələrinə silahlı müqavimət göstərmə” maddəsi ilə cinayət işi açıb.

 

 

 

0.032658100128174