Cennifer Lopezin "od qiymətinə" ayaqqabısı: gözlər qamaşdı

Cennifer Lopezin
 

Amerikalı müğənni və aktrisa Cennifer Lopez çox bahalı ayaqqabı geyinərək ictimaiyyət qarşısına çıxıb.

Paralel.az xəbər verir ki, paparazzi fotolarını "Page Six" yayıb.

55 yaşlı məşhur "Dayanılmaz" filminin premyerası zamanı Londonda fotosessiyaya çəkilib. İfaçı 4700 dollara (təxminən 8 min manat) dəbdəbəli “Dior” brendindən ağ palto geyinərək, əlində 6 min dollar (10 min manat) dəyərində eyni markalı çanta ilə çıxıb.

Xatırladaq ki, bundan əlavə, o, moda evinin xətti ilə 1150 dollara papaq geyinib. Ayaqqabılar üçün teleulduz ayaqlarını açıq saxlayan alçaqdaban "Dior" çəkmələrini seçib. Onların pərakəndə satışda 2490 dollara ( 4200 manat) təqdim edildiyi qeyd olunur.

 

0.17151308059692