Transseksual bloger hərbiyə çağırıldı
Transseksual bloger 28 yaşlı Andrey Petrov Rusiyanın Kaluqa vilayətinin hərbi komissarlığından çağırış vərəqəsi alıb.
Paralel.az lent.az-a istinadən xəbər verir ki, hərbi komissarlıq blogerdən tibbi müayinədən keçmək üçün hərbi komissarlığa gəlməsini tələb edib. Petrov heç bir sertifikat təqdim etməyib. Ancaq o, hazırda Rusiyadan kənarda - Argentinada yaşayır.
Hərbi qeydiyyat və çağırış idarəsi ilə bağlı problemlərə əlavə olaraq, bloger yayda 344 min rubl vergi ödəməlidir.