Ceff Bezos bir gündə 3 milyard dollardan yuxarı qazanc əldə etdi

Ceff Bezos bir gündə 3 milyard dollardan yuxarı qazanc əldə etdi
 

Amazon onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos noyabrın 1-də şirkətinin səhmlərinin satışından ümumilikdə üç milyard dollardan çox gəlir əldə edib.

Paralel.az Musavat.com-a istinadla xəbər verir ki, satışa dair məlumat ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) statistikasında əksini tapıb.

Sahibkar 16 milyondan çox Amazon səhminin satışından əhəmiyyətli gəlir əldə edib. Bezos şirkətin səhmlərinin qiyməti tarixi maksimuma çatdıqdan sonra bu addımı atmağa qərar verib.

Ticarət həftəsinin son günündə sessiyanın sonunda Amazon birja kotirovkaları bir səhm üçün 197,93 dollara yüksəlib. Əvvəlki sessiyanın bağlanış səviyyəsi ilə müqayisədə artım 6,19 faiz təşkil edib. Daha sonra ticarət zamanı şirkətin qiymətli kağızlarının qiyməti pik həddinə - 201,2 dollara çatıb.

Səhmlərin belə bahalaşması şirkətin üçüncü rüb üzrə müsbət maliyyə hesabatı fonunda baş verib. Beləliklə, Amerika texnologiya nəhənginin iyul-sentyabr aylarında əldə etdiyi gəlir bu müddət ərzində 11 faiz artaraq 158,9 milyard dollar təşkil edib. Eyni zamanda korporasiyanın xalis mənfəəti bir yarım dəfədən çox artaraq 15,3 milyard dollar olub.

Bundan əvvəl Bloomberg dünyanın ən zəngin iş adamlarının reytinqini - Bloomberg Billionaires Index (BBI) yeniləyib. Bezos siyahıda ikinci yerdə qalıb və onun məcmu kapitalı 2024-cü ilin əvvəlindən 32,2 milyard dollar artaraq 209 milyard dollara çatıb. Bu göstəriciyə görə o, sərvəti yanvar-oktyabr aylarında 33,5 milyard artaraq 263 milyarda yüksələn SpaceX və Tesla şirkətlərinin sahibi İlon Maskdan sonra ikinci olub.

 

0.044833898544312