Kamilə toyuna gəlməyən sənət dostundan danışdı

Kamilə toyuna gəlməyən sənət dostundan danışdı
 

Xanəndə Kamilə Nəbiyeva "Rəngrəng" verilişində toy mərasimində iştirak etməyən sənət dostundan şikayət edib.

Paralel.az Teleqraf.com-a istinadən xəbər verir ki, xanəndə bu sözləri deyib: "Həmkarımın biri toy mərasimimə gəlmədi. Amma o haqda danışmaq istəmirəm. Onunla ünsiyyətim var. Mən dostlarıma qarşı kinli insan deyiləm. O, toyuma gəlməli idi. Mən dar gündə də, xoş gündə də həmişə dostlarımın yanında olmuşam. Heç bir dostum deyə bilməz ki, Kamilə yanımda olmadı. Söhbət sənətdən gedir. Amma mən onun toy mərasimində bir neçə toyu təxirə salıb, ora getmişdim".

Qeyd edək ki, Kamilə Nəbiyeva yaxın günlərdə prodüser Pərvin Fətəliyevlə ailə qurub.

 

0.02856707572937