"Barselona"nın üzvü La Liqada oktyabrın ən yaxşı oyunçusu seçilib

 

İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovski La Liqada oktyabrın ən yaxşı oyunçusu seçilib.

Paralel.az "Report"a istinadən xəbər verir ki, 36 yaşlı futbolçu ötən ay "Alaves"lə matçda het-trik edib, "Sevilya" və "Real"la (Madrid) görüşlərdə isə dubla imza atıb.

Ümumilikdə 7 qola imza atan forvard ayın oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, Levandovski ilə yanaşı Vinisius Junior (“Real” Madrid), Antuan Qrizmann (“Atletiko” Madrid), Aleks Berenqer (“Atletik” Bilbao) və Mikel Oyarzabal (“Real Sosyedad”) bu ad uğrunda mübarizə aparıb.

 

0.044342994689941