"Qazın limit və qiymətinə yenidən baxılmasına ehtiyac var" - Deputatdan təklif 

 

Qaz limiti məsələsində narazılıqların artan xətlə getməsini nəzərə alaraq limitlərə və qiymətlərə yenidən baxılmasına ehtiyac var.

Paralel.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli deyib.

Deputat qeyd edib ki, dağ kəndlərinin qış mövsümü ilə əlaqədar problemlər vaxtından əvvəl üzə çıxıb. “Bəzi kəndlərdə qaz yoxdur. Bəzi kəndlərdə soyuq mövsüm çox olduğundan, qazdan daha çox istifadə olunur.
Ona görə də qaz limitinin baxılmasına ehtiyac var. Bu məsələ getdikcə aktuallaşır. Bu baxımdan dağ kəndlərində qaz limitinə yenidən baxılmasına ehtiyac var".

 

 

0.024394989013672