ABŞ COP29-da iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb

ABŞ COP29-da iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
 

ABŞ COP29-da iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb.

Paralel.az ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, 11-22 noyabr tarixlərində ABŞ-ın 20-dən çox departamenti, agentliyi və təşkilatından olan yüksək vəzifəli rəsmilər iqlim böhranı ilə mübarizədə ABŞ-ın liderlik mövqeyini vurğulamaq və güclü nəticələrinə nail olunması istiqamətindəə işləmək üçün Bakıya səfər edəcəklər.

ABŞ nümayəndə heyətinə ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta başçılıq edəcək. Nümayəndə heyətinə həmçinin kənd təsərrüfatı katibi Tomas Vilsak, enerji katibi Cenifer Qranholm, prezidentin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallori, enerji katibinin müavini David Turk, daxili işlər üzrə katibin fəaliyyətdə olan müavini Laura Daniel Deyvis, Ətraf Mühitin Müdafiəsi Agentliyinin administratorunun müavini Ceyn Nişida, ticarət katibinin okeanlar və atmosfer üzrə müavini və Milli Okean və Atmosfer Administrasiyasının administratoru Rik Spinrad, dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Yenkins daxildir.

Həmçinin ABŞ nümayəndə heyəti tərkibində iqlim dəyişikliyinin silahlı münaqişə, maliyyə, ərzaq təhlükəsizliyi, gender, qlobal sağlamlıq, ticarət və investisiya, gənclərlə bağlı məsələlər və digərlərinə təsirləri istiqamətində fəaliyyət göstərən geniş sayda digər ABŞ rəsmiləri də Azərbaycana səfər edəcəklər.

 

0.020912170410156