Azərbaycandakı problem Avropanın da bəlasına çevirilib - Hər il 40 min avropalını öldürür
Evlərdə qaz sobalarından istifadə Avropa İttifaqı və Böyük Britaniyanın on minlərlə sakininin vaxtından əvvəl ölümünə səbəb olub.
Paralel.az xəbər verir ki, bu barədə "Bloomberg" I Xayme Universitetinin alimlərinin araşdırmasına istinadən yazıb.
Tədqiqatda qeyd olunub ki, yemək bişirərkən qazın yandırılması zamanı yaranan azot dioksidi və hissəciklər tənəffüs xəstəlikləri və vaxtından əvvəl ölümünə səbəb olur. Belə ki, alimlərin fikrincə, evlərdə qaz sobalarından istifadə hər il 40 min avropalının vaxtından əvvəl ölümünə səbəb olur. Tədqiqatçılar hesab edirlər ki, sobalar həmçinin Aİ və Böyük Britaniyada uşaqlarda yüz minlərlə astma hadisəsi ilə nəticələnir.
Araşdırmanın aparıcı müəllifi Juana Maria Delqado-Saborit "Bloomberg"ə açıqlamasında bildirib ki, ictimai sağlamlıq baxımından qaz sobaları zəhərlidir və problem"düşündüyümüzdən daha ciddidir.
Bu, qaz sobalarının avropalıların sağlamlığına təsiri ilə bağlı ilk belə araşdırmadır. Qeyd olunur ki, avropalıların təxminən 1/3-i qaz sobalarından istifadə edir. Mütəxəssislər xatırladıblar ki, qaz sobası yanarkən mənzili havalandırmağa dəyər.
Tədqiqat Avropa İqlim Fondu tərəfindən dəstəklənib. 2023-cü ildə ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası, ölkədə uşaqlıq astma hallarının 12%-dən çoxunun evlərdə qaz sobalarının istifadəsi ilə əlaqəli ola biləcəyini müəyyən etdikdən sonra qaz sobaları üçün daha sərt standartlar hazırlamaq niyyətində olduğunu bildirib.
Qeyd edək ki, analoji problem Azərbaycanda da mövcuddur. Hər il çox sayda insan qaz sobalarından sızan dəm qazı səbəbindən ölür və ya zərər çəkir.