Görünür daha ədəbiyyat və incəsənətin bir sıra janrları insanlığa gərək deyil...

Görünür daha ədəbiyyat və incəsənətin bir sıra janrları insanlığa gərək deyil...
 

Hərə nə isə istehsal edir, məhsulunu satıb dolanır. Ya kimsə kimin üçünsə hər hansı bir iş görür, az ya çox nə isə qazanıb dolanır. Kimi də oturub bir vəzifədə, xalqı sümürür, milyon, milyard oğurlayır. Demək bunlar hamısı vacib, gərəkli əməllərdir, məhsullardır, iş sahələridir.

Ancaq kimlərsə şeir, nəsr yazıb, ya rəsm çəkib, ya musiqi bəstələyib ac fırlanır. Yaratdıqlarını oxuyucuya, tamaşaçıya, dinləyiciyə çatdırmaq üçün ondan pul istəyirlər. Görəsən bu nə qədər haqlı münasibətdir ?

Məgər hər şeyə bazar, al-ver meyarları ilə yanaşılmalıdır ? Ədəbi, mənəvi əsərlər məgər insanlar üçün özünəməxsus dəyəri olan mənəvi məhsul deyilmi? Niyə sənətkarlar, ədiblər öz "meyvələrini" başqalarına daddırmaq üçün ya onlara, ya hansısa naşirlərə, özəl araçılara pul verməlidir? Ayə, al 5 manat verim, sən canın bu meyvədən ye, ağzın dada gəlsin və ya, ayə sən canın borcumu de verim, mənim məhsullarımı çatdır, sat xalqa.

Müəllif: Tələt Mərdi - Həqq 

Paralel.az 

0.052583932876587