Konstitusiyanı, qanunu tətbiq etməyənlərə qərar kar edər?
 

Konstitusiyanı, qanunu tətbiq etməyənlərə qərar kar edər? 
 

Ali Məhkəmə Plenumunun qərarlarına hakimlər qüvvədən salır
Konstitusiyanı, qanunu tətbiq etməyənlərə qərar kar edər?
 
 Ali Məhkəmə Plenumunun 09 oktyabr 2024-cü il tarixli 9 nömrəli qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Pespublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli qərarına əlavə və dəyişiklərin qəbul edilməsinin önəmindən hüquqçuların, özəlliklə, vəkillərin şərhləri mediada yayılıb. Düzü, peşəkar yanaşmadır, izahdır , heç bir söz ola bilməz. Di gəl...
Problem budur ki, bizdə hakimlər heç Konstitusiyaya, qanunlara əməl , istinad etmirlər, heç Konstitusiya Məhkəməsi  Plenumunun qərarlarını tətbiq etmirlər, onda qala Ali Məhkəmə Plenumunun qərarı ola. Elə haqqında danışılan 10.04.2015 tarixli 4 nömrəli qərarı bəyəm məhkəmələr düzgün qavrayır(dı) ? Konkret fakt: İllərdir  müqavilə öhdəliyini, texniki şərti qanunsuz ödəniş tələb edib icra etməyən təbii inhisar subyektinə  qarşı istehlakçı hüququnun müdafiəsi ilə bağlı verilən iddianı Sabunçu məhkəməsi bir il gizlədib, şəxsi kabinetdən verilən  ərizəni 10 günlük “itirəndən” sonra Məhkəmə Hüquq Şurasının təpkisi ilə icraata götürməyə məcbur olub. Hakim Adilə Paşayeva cavabdeh işıq idarəsinin qeyri-prosessual sifarişi ilə icraata xitam verib ki, mübahisə inzibati məhkəməyə aiddir. “Əsas” kimi Ali Məhkəmə Plenumunun sözügedən 10.04.2015 tarixli 4 nömrəli qərarının 14-cü bəndi götürülüb. Guya istehlakçı ilə təbii inhisarçı xidməti qurumu arasında texniki şərtin rüşvət tələb edib icra edilməməsindən yaranan mübahisə  ümumi (publik) hüquq sahəsinə aiddir. (?) Bakı Apellyasiya Məhkəməsinin 3-ü qanuni (Günay Axundova, Fuad Babayev,  Cəmilə Musayeva) , 3-ü qanunsuz ( Fuad Abdıyev, Fərrux Qasımov, Anar Tanrıverdiyev- bunlar heç Mülki Kollegiyanın üzvləri də deyillər (?) 6 hakimi də aşağı instansiyanın qərardadını qüvvədə saxlayıb və kassasiya şikayətinə də şikayəti Ali Məhkəməyə göndərməkdən imtina etməklə qadağa qoyublar. Görəsən, 1,5 il keçəndən sonra da olsa, Ali Məhkəmə Plenumunun 15 gün qabaqkı 10.04.2015 tarixli 4 nömrəli qərarına edilən əlavə və dəyişiklik tətbiq olunacaq? Çətin məhkəmələr qanunu, qərarı ciblərindən üstün tutsunlar. Ali Məhkəmənin sədri İnam Kərimovun imzaladığı 09.10.2024 tarixli 9 nömrəli qərarla sözügedən 14-cü bənd yeni redaksiyada verilib və mübahisənin aidiyyəti konkretləşdirilib: “ Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər ( ...şəbəkələrə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanması və s.) ... məhsulun satışı və xidmətlərin göstərilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə MÜLKİ MÜHAKİMƏ İCRAATI qaydasında KOMMERSİYA və ya ÜMUMİ MƏHKƏMƏLƏRDƏ BAXILMALIDIR”. İndi qərarı Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədri özü versin, Ali Məhkəmə Plenumunun qərarını kənardan sifarişdən aşağıda tutanlar hakim adına ləkədirlər, ya yox?
Ali Məhkəmə Plenumunun qərarlarını hətta Ali Məhkəmə hakimlərinin də qıraqdan sifarişdən aşağıda tutduğu faktlar var. Halbuki bütün Ali  Məhkəmə hakimləri Plenumun üzvləridir və təbii ki, qərarların qəbul edilməsində iştirak edirlər. Bəs onları öz qərarlarını görməzliyə vurmağa nə vadar edir? Aydındır ki, qıraqdan sifariş. Yoxsa Şəki İnzibati İqtisadi Məhkəməsinin 15.02.2019-cu il tarixli iddianın mümkün sayılmaması haqqında qərardadının, saxtalığı bir yana, preyudisial akt kimi 6-cı ildir məhkəmə hüquq sistemində “ƏSAS QANUN” qüvvəsində tətbiq edilməsini , daha düzü olduğu kimi məhkəmə aktlarına köçürülməsini nə ilə izah etmək olar? “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli 5 nömrəli Qərarının 8-ci bəndini qeyri-prosessual sifarişi Ali Məhkəmə Plenumunun qərarından aşağıda tutan , andını, adını rüşvətlə ləkələyən hakimlərin diqqətinə çatdırırıq: “İddianın mümkün sayılmaması haqqında qərardad məzmun baxımından MÜBAHİSƏ PREDMETİNƏ TOXUNMUR yalnız İDDİANIN MAHİYYƏTİ üzrə QƏRAR çıxarmaq üçün ŞƏRTİN MÖVCUD OLMADIĞINI müəyyən edir. (8.2). Buna görə də, İDDİANIN MÜMKÜN SAYILMAMASI HAQQINDA QƏRARDAD yenidən mümkünlük şərtlərinə əməl etməklə EYNİ PREDMET ÜZRƏ İDDİA QALDIRMAQ İMKANINI İSTİSNA ETMİR. (8.3)”  Ali Məhkəmə Plenumunun bu qərarı, bu bəndi o qədər KONKRETDİR , o qədər ANLAŞILAN və DƏQİQDİR ki, anlamaz hakimlərə, vəkillərə anlatmaqdan yana əlavə və dəyişikliklərə də ehtiyac yoxdur. Bəlkə Ali Məhkəmə sədri Plenumun iclasında PLENUM QƏRARLARINI cibindən aşağıda tutanlara Konstitusiyadan, qanunlardan dərs keçsin?! Axı hələ də VK-nın intizam komissiyasının üzvü Əlirza Həbilovun Şəki İİM-in adından tərtib etdiyi 15.02.2019-cu il tarixli qərardad Azərbaycanın məhkəmə hüquq sistemində qanuni qüvvəyə minmiş QƏTNAMƏ , KONSTİTUSİYA AKTI qüvvəsindədir. Qeyri-prosessuallıq,  rüşvətdən savadsızlıq elə ağlasığmaz özbaşınalığa gətirib ki, mülki məhkəmə icraatında da Şəki İİM-in saxta qərardadı preyudusial akt, Konstitusiya qərarı kimi saxta qətnamələrə köçürülür.  Nərimanov məhkəməsinin hakimi Ramin Quliyev hətta iş materiallarında olmayan qərardadı preyudisial akt kimi qıraqdan aldığı rüşvət sifarişi ilə üzdəniraq qətnaməsinə köçürüb. Lap tutaq ki, bu qərardad preyudisial akt qüvvəsində olan qətnamədir, bəyəm olduğu kimi qətnaməyə köçürülməlidir, harda yazılıb bu? Bəlkə Ali Məhkəmənin sədri plenumun iclasını çağırıb preyudisiallıq haqqında da anlatma, qandırma qərarı versin?!
“Hakimə  (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin  tətbiqi təcrübəsi haqqında” 24.11.2005 tarixli, “ İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19.11.2021 tarixli Ali Məhkəmə Plenumunun qərarlarını da məhkəmə hakimlər görməzliyə vurur. Elə bil bu qərarlar məhkəmələr üçün nəzərdə tutulmayıb. Nə hakimlərə ( məhkəmə tərkibinə) etiraza baxılır, nə də məhkəmə qərarlarının icrası təmin olunur. Bakı İnzibati Məhkəməsi 9-cu ildir ƏƏSMN tabeliyində SXA-nı 20.06.2016 tarixli, 2-1(81)-1095/16 saylı qərarın icrasına məcbur etdirmir, əksinə, rüşvətini alıb, icraya belə yönəltməyib. Eləcə də 05.07.2017 tarixli, 2-1(81)-1889/17 qərarın 7 ildən sonra borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının özbaşınalıqla ləğv etməsinə qiymət verilmir. Halbuki Ali Məhkəmə Plenumunun 19.11.2021 tarixli qərarının 6-cı bəndində yazılıb ki, inzibati məhkəmə qərarlarının icrasını MƏHZ birinci instansiya məhkəməsi qismində işə baxan məhkəmə təmin edir; tələbkar ərizə vermədikdə belə icra haqqında qərardad qəbul etmək və icranı təmin etmək məhkəmənin VƏZİFƏ ( ex-officio) borcudur.  Bakı İnzibati Məhkəməsi isə qərara əməl etmək yerinə nağıl danışır ( h. Aygün Abdullayeva),  hətta tələbkarın məhkəməyə ərizə verməsinə hədələyici tonda qadağa qoyur (h. Günel Sevdimalıyeva)
Ali Məhkəmənin Plenumu qərar verməklə iş bitmir, (bir çox) məhkəmə hakimləri qərarları ilə Plenumu da, Konstitusiyanı da qüvvədən salırlar. Qərar qüvvədən salınırsa, onu verməyin nə anlamı var?
Məğrur Bədəlsoy
 Paralel.az 

0.016003131866455